Beynəlxalq Valyuta Fondu Qafqaz və Orta Asiya üzrə Regional İqtisadi Perspektivlər hesabatını açıqlamışdır

Dekabrın 9-da Azərbaycan Diplomatik Akademiyasında Beynəlxalq Valyuta Fondu (BVF) Qafqaz və Orta Asiya üzrə (QMA) 2010-cu ilin oktyabr tarixli Regional İqtisadi Perspektivlər hesabatının təqdimat mərasimi keçirilmişdir.
BFV-nin Yaxın Şərq və Mərkəzi Asiya üzrə iqtisadçısı Niklas Vestelius bütün QMA ölkələrində maliyyə stimulları və münbit xarici şərait sayəsində iqtisadi artımın müşahidə olunduğunu, bu artımın Rusiya və neft-qazla zəngin olan digər ölkələrdə daha qabarıq duyulduğunu bildirmişdir. Qeyd edilmişdir ki, iqtisadi artımın daha da sürətlənməsi üçün maliyyə sektorunda tövsiyə olunan addımlar mövcuddur. Natiq inkişafın təmin edilməsi, yoxsulluğun aşağı salınması, davamlı fiskal siyasətin aparılmasına dair beynəlxalq təcrübələr barədə də danışmışdır.
Akademiyada BVF-nun fəaliyyətinə dair məlumatlar da verilmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında