Prezident İlham Əliyevin dedikləri hamımızın ürəyincədir

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı məndə də dərin təəssürat yaradıb. Həqiqətən də cənab Prezidentin dediyi kimi, “Bu gün dünyada siyasi və iqtisadi böhranın dərinləşdiyi bir vaxtda Azərbaycanda sabitlik möhkəmlənir, müxtəlif sahələrdə inkişaf davam edir”. Davamlı düzgün siyasət nəticəsində Azərbaycan beynəlxalq əlaqələrini və nüfuzunu da gücləndirib, artıq dünya üçün mühüm beynəlxalq konfransların, forumların keçirildiyi bir məkana çevrilib.

Sevindirici haldır ki, ətrafımızda baş verən kataklizmlərə baxmayaraq, möhtərəm Prezidentin bütün çıxışlarında ölkənin təhlükəsizliyi, sosial-iqtisadi inkişafı, işsizliyin aradan qaldırılması, insanların sosial rifahının yaxşılaşdırılması önə çəkilir. Dövlət başçısı İlham Əliyevin “Ölkənin müdafiə gücünün artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlətin ən birinci vəzifəsidir. Biz hec vaxt imkan verməyəcəyik ki, Azərbaycan ərazisində ikinci bir dövlət yaradılsın” fikri alqışa layiqdir. Hazırda əsas götürülən siyasi- iqtisadi beynəlxalq kurs müvəffəqiyyətlə yerinə yetirilir və ölkə Prezidenti tərəfindən bundan sonra da uğurla davam etdiriləcək”.

Son illər cənab İlham Əliyevin elan etdiyi kurs onun nə qədər uzaqgörən və müdrik siyasətçi olduğunu bir daha göstərdi. Azərbaycan bu gün dünyada baş verən  və davam edən iqtisadi böhranı nəzərə alaraq, düzgün istiqamət seçdi və əsas diqqəti kənd təsərrüfatı başda olmaqla, qeyri-neft sektorunun inkişafına yönəltdi. Dövlət başçısının müvafiq sərəncamı və tapşırıqları ilə artıq kənd təsərrüfatının bir çox sahələrində irəliləyiş əldə edilib. Buna misal olaraq, pambıq, barama, tütün istehsalını, heyvandarlığı və digər sahələri göstərmək olar. Lakin görülən işlərlə kifayətlənmək olmaz. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, indi kənd təsərrüfatının hər bir sahəsi ölkə üçün çox vacibdir. Buna görə də dövlət başçısı Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında taxılçılıq, üzümçülük, çayçılıq, fındıqçılıq, badam, zeytun istehsalı və digər sahələrin inkişaf etdirilməsi üçün konkret tapşırıqlar verdi.

Azərbaycan bu gün özünü əsas ərzaq məhsulları ilə tam təmin edə bilər. Dövlət bunun üçün sahibkarlığın inkişafına hər cür şərait yaradıb, eləcə də tikinti, turizm, sənaye sektoru, kənd təsərrüffatı sahəsində sahibkarlara müxtəlif güzəştlər olunub. Bu mənada pambıq və tütün istehsalçılarına verilən subsidiyaların artırılmasını qeyd etmək olar.

Artıq məşğul olduğum çayçılıq sahəsi da özünün bərpa dövrünü yaşayır. Möhtərəm Prezidentimizin bu sahəyə artan qayğısı, diqqəti bizi daha yaxşı işləməyə, bol və keyfiyyətli məhsul yetişdirməyə həvəsləndirir. İndiyədək   61 hektar ərazini əhatə edən  çay plantasiyalarına düzgün aqrotexniki qulluq göstərməklə yanaşı, yeni çay sahələri salmaq, təsərrüfatın nəzdində emal müəssisəsini yaratmaq üçün bütün tədbirləri həyata keçiririk. 

Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev, çıxışında digər cəlbedici məqam isə ölkə vətəndaşlarının rifah halını düşünərək bəzi işbazlar haqda dediyi tənqidi fikirlər olub. Dövlətimizin başçısı qeyd edib ki, biz daxili bazarı qorumaq üçün gətirilən bəzi mallara rüsumları bu yaxınlarda artırdıq. Bu, çox düzgün addımdır. Biz öz daxili istehsalçımızı qorumalıyıq. Ancaq daxili istehsalçı bundan sui-istifadə etməməlidir. Çünki insanlar üçün seçim olacaq, ya yerli məhsul alacaq, ya da xarici məhsul. Ola bilər ki, xarici məhsul insanın daha çox xoşuna gəlsin, amma qiyməti daha baha ola bilər. Yerli məhsul isə xarici məhsuldan əhəmiyyətli dərəcədə ucuz olmalıdır. Ona görə, istehlak bazarına çox ciddi nəzarət olmalıdır ki, bəzi natəmiz sahibkarlar bundan istifadə etməsinlər. Çünki idxal olunan ərzağın, yaxud hansısa digər məhsulun qiyməti artarsa onlar çalışa bilərlər ki, öz məhsulunun da qiymətini artırsınlar. Yəni, buna yol vermək olmaz. Həm yerli və həm də mərkəzi icra orqanları buna çox ciddi nəzarət etməlidir.

Ölkə Prezidenti gələcəkdə də sahibkarlığın inkişafına ciddi önəm verəcəyini söyləyib. Prezident bildirib ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılır: “Sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Bakıda, digər şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır. Bu istiqamətdə 2017-ci ildə çox ciddi addımlar atılacaq”.

Sentyabrın 26-da ölkəmizdə keçirilən referendumda seçicilərin cənab Prezidentin Konstitusiya aktına təklif etdiyi dəyişikliklərə  “hə” deməsi möhtərəm dövlət başçısının yeritdiyi daxili və xarici siyasətin vətəndaşlar tərəfindən dəstəklənməsinin bariz nümunəsi oldu. Bu barədə danışan Prezident bildirib ki, Azərbaycan xalqı aparılan siyasəti dəstəkləyir  və görür ki,  bu siyasətə alternativ yoxdur. Alternativ siyasət fəlakət ola bilər, yenə Azərbaycanı uçuruma apara, qırğın meydanına çevirə bilər”.

Mən  rəhbərlik etdiyim kollektiv adından cənab Prezidenti əmin etmək istəyirəm ki, biz bundan sonra da müdrik və uzaqgörən dövlət başçımızın yanında olacaq, onun daxili və xarici siyasətini müdafiə edəcək, var gücümüzü möhtərəm dövlət başçısının ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə yönələn kursunun davamlı olmasına sərf edəcəyik.

Araz YAĞUBOV,
“Yaşıl çay” FT MMC-nin direktoru,
Lənkəran rayonu, İstisu qəsəbəsi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında