Azərbaycan Hesablama Palatası ilə İsveçrə Konfederasiyası hökuməti arasında saziş imzalanmışdır

Dekabrın 8-də Azərbaycan Hesablama Palatası ilə İsveçrə Konfederasiyası hökuməti arasında "Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi" (CAPSAP) üzrə texniki yardım haqqında saziş imzalanmışdır.
Tədbirdə maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, Nazirlər Kabinetinin şöbə müdiri Naib Fətəliyev, İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Alain Guidetti, Dünya Bankının layihə rəhbəri Jan Tyl və digər rəsmi şəxslər iştirak etmişlər.
Hesablama Palatasının sədri Heydər Əsədov layihə barədə məlumat verərək bildirmişdir ki, bu layihə vasitəsilə Hesablama Palatasının hüquqi bazasının möhkəmləndirilməsi və genişləndirilməsi, potensialının gücləndirilməsini həyata keçirəcəyik. Eləcə də peşəkar audit qurumları ilə, nəzarət orqanları ilə əlaqə saxlayaraq təşkilatın strukturunun təkmilləşdirilməsi, yeni, müasir audit yanaşması prinsiplərinin tətbiqi, kadrların bacarıqlarının artırılması üçün treninqlərin təşkili və s. məqsədlərə xidmət edəcəkdir. Layihənin gələcək prinsipləri isə daha genişdir.
Bu sazişlə İsveçrə Konfederasiyasının hökuməti layihənin həyata keçirilməsini Dünya Bankına həvalə edir. Sənəddə əməkdaşlığın əsas prinsipləri, sazişin dayandırılması və ona xitam verilməsi, layihənin icrası zamanı yarana biləcək mübahisələrin həlli və korrupsiyaya qarşı müddəalar da əksini tapmışdır.
Azərbaycan ilə İsveçrə hökuməti arasında mövcud diplomatik əlaqələrin inkişafından danışan səfir Alain Guidetti ölkəmizin İsveçrə hökuməti üçün prioritet ölkə olduğunu demişdir. Bildirmişdir ki, həyata keçirilən bu layihə bizim maliyyə sektorundakı əməkdaşlıq və inkişaf layihələrindən biridir. Məqsədimiz dövlət xərclərinin maliyyələşdirilməsində transparentliyin artırılmasıdır. Sazişdə İsveçrə Konfederasiyasının hökuməti tərəfdən Azərbaycan hökumətinə, son benefisiarı Hesablama Palatası olmaqla, "Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi"nin "Dövlət sektorunda hesabatlılıq" komponentinin maliyyələşdirilməsi məqsədi ilə 2 milyon ABŞ dolları məbləğində qrant vəsaiti ayrılmışdır. Bu qrantdan daxilolmalar layihənin "Dövlət sektorunda hesabatlılıq" komponentinə uyğun olaraq Hesablama Palatasının potensialının gücləndirilməsinə yönələcəkdir.
Bu sazişin davamı olaraq, Dünya Bankı ilə İsveçrə Konfederasiyasının hökuməti arasında imzalanmış inzibati müqavilənin müddəalarına uyğun olaraq, layihənin həyata keçirilməsi həvalə edilən Dünya Bankı ilə Azərbaycan hökuməti arasında, layihənin icrasını və qrantın istifadəsini tənzimləyən Qrant sazişinin bağlanması nəzərdə tutulmuşdur.
Sonra Azərbaycan hökuməti adından Hesablama Palatasının sədri Heydər Əsədov, İsveçrə Konfederasiyası hökuməti adından səfir Alain Guidetti saziş imzalamışlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında