Yanvar-avqust aylarında Avropa-Qafqaz-Asiya dəhlizində 33 milyon tondan çox yük daşınmışdır

2016-cı ilin yanvar-avqust ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 33237,9 min ton, yük dövriyyəsi isə 6420,1 milyon ton-km olmuşdur.

 Yüklərin 21297 min tonu və ya 64,1 faizi avtomobil nəqliyyatı, 8950,2 min tonu və ya 26,9 faizi dəmir yolu nəqliyyatı, 2990,7 min tonu və ya 9 faizi dəniz nəqliyyatı ilə daşınmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 6,6 faiz azalma müşahidə edilmişdir. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 15,1 faiz və 30,5 faiz) olmuşdur. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7 faiz artmışdır. Dəhliz vasitəsilə daşınmış yüklərin 14,6 faizini və ya 4855,5 min tonunu tranzit yüklər təşkil etmişdir. 2016-cı ilin yanvar-avqust aylarında dəhliz vasitəsilə 229,5 milyon sərnişin daşınmış, sərnişin dövriyyəsi 4596 milyon sərnişin-km olmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,2 faiz, sərnişin dövriyyəsi isə 1,5 faiz artmışdır.

Samirə Əliyeva,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında