Milli Məclis "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanun qəbul etmişdir

Milli Məclis "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul etmişdir.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov demişdir ki, deputatların layihənin ikinci oxunuşda müzakirəsi zamanı səsləndirdikləri təkliflərin bəziləri layihədə əksini tapmışdır. Qanun layihəsinə 21 yeni maddə əlavə edilmişdir.
Qanun torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyəcəkdir.
Layihədə deyilir ki, istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş məhdudiyyətlərdən asılı olmayaraq xüsusi, bələdiyyə və üzərində istifadə və icarə hüquqları olan dövlət mülkiyyətindəki torpaqlar dövlət ehtiyacları üçün alına bilər. Həmin torpaqlar dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik, həmçinin dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi üçün alına bilər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında