Milli Məclisin iqtisadi siyasət və sosial siyasət komitələrinin birgə iclası keçirilmişdir

Aprelin 20-də Milli Məclisin iqtisadi siyasət və sosial siyasət komitələrinin birgə iclası keçirilmişdir.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə gündəlikdəki birinci qanun layihəsi - "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanun layihəsini (üçüncü oxunuş) müzakirəyə təqdim etmişdir. Z.Səmədzadə yaradılmış işçi qrupunun ikinci oxunuşdan sonra layihə üzərində iş apardığını diqqətə çatdırmışdır.
Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdiri Rauf Hacıyev bildirmişdir ki, əvvəlki oxunuşlarda deputatlar tərəfindən irəli sürülmüş təklif və iradlar işçi qrup tərəfindən araşdırılmış, layihəyə bir sıra düzəlişlər olunmuş və sənəd əsaslı surətdə təkmilləşdirilmişdir. R.Hacıyevin sözlərinə görə, qanun qüvvəyə mindikdən sonra bu qanundan irəli gələn tələblər və güzəştlər neft sazişləri üzrə respublikamızda işləyən əcnəbilərə də şamil olunacaqdır.
Milli Məclisin sosial siyasət komitəsi sədrinin müavini Musa Quliyev qanun layihəsinin üçüncü oxunuşun tələblərinə cavab verdiyini demişdir. Deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Nazim Məmmədov və Hikmət Atayev də layihə ilə bağlı fikirlərini bölüşmüşlər. Çıxışlarda bu layihənin qüvvəyə mindikdən sonra çox mühüm bir boşluğun aradan qaldırılmasına xidmət edəcəyi vurğulanmışdır.
İclasda iştirak edən maliyyə nazirinin müavini Azər Bayramov deputatların qaldırdıqları məsələlərə münasibət bildirmişlər.
Qanun layihəsi müzakirə olunmaq üçün (üçüncü oxunuş) Milli Məclisin iclasına tövsiyə olunmuşdur.
İclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" və "Məlumat toplularının hüquqi qorunması haqqında" qanunlara təklif olunan əlavələrin və dəyişikliklərin tətbiqi ilə əlaqədar "Dövlət rüsumu haqqında" Qanuna dəyişiklik edilməsi barədə" qanun layihəsi də müzakirə olunmuşdur. Bu qanun layihəsi də təsdiqlənmək üçün Milli Məclisə tövsiyə edilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında