"Fitch Ratings": Azərbaycanda sosial və siyasi sabitlik qorunacaq

"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin hesabatında  Azərbaycanda sosial və siyasi sabitliyin qorunacağı, Dağlıq Qarabağ münaqişəsinin iqtisadi və maliyyə sabitliyinə zərər verə biləcək səviyyədə davamlı eskalasiyasının olmayacağı bildirilir.  "Fitch Ratings", eyni zamanda,  Azərbaycanın yerli və xarici valyutada olan emitentin uzunmüddətli defolt reytinqini "BB+" səviyyəsində təsdiq edib.

Adı çəkilən agentlik, həmçinin Azərbaycanın xarici valyutada olan prioritet təmin edilməmiş istiqrazlarını da "BB+" səviyyəsində təsdiq edib. Ölkə həddi reytinqi isə "BB+" səviyyəsində təsdiq olunub.

Agentliyin fikrincə, reytinq güclü tədiyə balansını və dövlət borcunun aşağı olmasını əks etdirir ki, bu da əvvəlki illərdə alınan yüksək neft gəlirləri ilə bağlıdır.

"Fitch Ratings" qeyd edir ki, fiskal göstəricilər neftin qiymətinin azalmasına görə zərər görüb. Hesabata əsasən, xarici tədiyyə balansı neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, güclü olaraq qalır.

Agentliyin ekspertləri vurğulayırlar ki, 2016-cı ildə ikirəqəmli səviyyədə olan inflyasiya, gələn il birrəqəmli göstəriciyə qayıdacaq.

Yeri gəlmişkən, "Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın milli və xarici valyutada olan kredit reytinqini də "BB+" səviyyəsində saxlayıb.

"Fitch" Azərbaycanla yanaşı, İsveçin kredit reytinqinin "AAA" səviyyəsində, o cümlədən Tunisin də kredit reytinqini "BB-" səviyyəsində saxlayıb.

Xatırladaq ki, adı çəkilən beynəlxalq reytinq agentliyi builki hesabatında Azərbaycan hökumətinin manatın devalvasiyasının qarşısını almaq üçün müvafiq tədbirlər gördüyünü qeyd edib. Agentlik bildirib ki, müvafiq qurumlar manatın dəyərdən düşməməsi üçün ölkədən çıxarılan xarici valyutalara 20 faiz vergi tətbiq edib. Bu istiqamətdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun sosial sabitliyin təmini, eləcə də qiymətlərin saxlanması üçün atdığı addımlar və çağırışlar xüsusi qeyd olunmalıdır. Bu addımlar manatı qoruyaraq Azərbaycanın kredit sahəsində olan təzyiqlərin aradan qaldırılmasına yönəlib. Bu Fond gələcək nəsillər üçün hesablanıb. Pensiyalar, gəlirlər eləcə də ictimai sektorda maaşlar artırılıb, çörəyə, una qoyulan əlavə dəyər vergisi aradan qaldırılıb.

Vaqif BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında