Bu il Azərbaycanda pambıq istehsalı 100 min tona çatdırılacaq

Prezident İlham Əliyev avqustun 10-da İsmayıllıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib ki, pambıqçılığın inkişafı geniş vüsət alıb: "Biz bu il keçən ilə nisbətən pambığın istehsalını üç dəfə artıracağıq, 30 min tondan 100 min tona qaldırılacaq. Gələn il 250-300 min ton olmalıdır. İndi hər bir region üçün xüsusi inkişaf planı hazırlanır.

Əlbəttə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında əsas istiqamətlər müəyyən edilib və o proqram bizim üçün əsasdır, bir yol xəritəsidir. Ancaq həyat yerində durmur, dəyişikliklər baş verir. Həm bölgədə, həm dünyada yeni situasiya yaranır. İndi bazarlar uğrunda mübarizə gedir. Məhsulu yetişdirmək hələ məsələnin həlli deyil. Onu daxili bazarda və yaxud da xarici bazarda satmaq lazımdır. Ona görə, fermerlərə kömək göstərmək üçün indi yetişdirilən bu məhsulların tədarükü ilə məşğul olan qurum da yaradılır. Kənd təsərrüfatında işləyənlər bilirlər ki, aqrolizinq vasitəsilə texnika verilir, gübrəyə, yanacağa, yetişdirilən məhsula görə nə qədər böyük subsidiyalar verilir. İndi biz ixracı stimullaşdırmaq üçün təşviq mexanizmini işə salırıq. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Bu, çox ciddi bir proqramdır. Yenə də deyirəm, hər bir rayon üzrə rayonun potensialı maksimum dərəcədə realizə edilməlidir və ediləcək".

Dövlət başçısının pambıqçılığa belə münasibətinin nəticəsidir ki, artıq bu sahə ilə məşğul olan fermerlər yığım başlanan ilk gündən diqqət və qayğı ilə əhatə olunublar. Kənd Təsərrüfatı Nazirliyinin pambıqçılıqla məşğul olan fermerlərə müraciəti bunun bariz ifadəsidir. Nazirliyin yaydığı məlumatda deyilir ki, bu il yığım üçün nazirliyin sifarişi ilə fermerlərin istifadəsi üçün yeni texnikalar gətirilib. ABŞ-nın "John Deer" və "Case" brendlərinə məxsus yüksək məhsuldarlıqlı pambıqyığan kombaynlar, Belarus istehsalı olan "Belarus 80X" traktoru üzərində quraşdırılan pambıq yığan maşın və bir sıra başqa texnika bazalara yerləşdirilməkdədir.

Ölkəmizdə pambıqçılığın inkişafı kənd təsərrüfatında prioritet sahələrdən olduğundan pambığın becərilməsində  texnoloji  əməliyyatları yerinə yetirmək məqsədilə bu il 41 adda 1313 ədəd müxtəlif kənd təsərrüfatı texnikası alınıb. 40 ədəd traktor, 54 ədəd kotan, 48 ədəd riper, 162 ədəd pnevmatik və 74 mexaniki çiyid səpən maşın,119 ədəd mala, 184 ədəd kultivator, 94 ədəd gübrə səpən maşın, 149 ədəd çiləyici, 183 ədəd traktor qoşqusu və başqa yeni texnika fermer təsərrüfatlarının istifadəsinə verilib. 

Respublikamızda pambıq əsasən Sabirabad, Saatlı, İmişli, Bərdə, Ağcabədi, Biləsuvar, Beyləqan, Salyan, Ağdaş, Ağsu, Neftçala rayonlarda əkilib və bol məhsul gözlənilir. 

Fermerlər texnika ilə bağlı "Aqrolizinq" ASC-nin rayon bölmələrinə müraciət edə bilərlər. Səhmdar Cəmiyyətin 12 regionda nümayəndəliyi, 47 rayon bölməsi fəaliyyət göstərir. Rayon bölmələrinin istifadəsində 247 ədəd traktor, 818 ədəd müxtəlif kənd təsərrüfatı maşını var.

 V. BAYRAMOV,
"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında