Ölkədə iqtisadiyyatın maliyyə dayanıqlılığının təmin olunması prioritet istiqamətdir

Azərbaycanda son 10 ildə qazanılan makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, monetar siyasət, bankların kapitallaşması ölkəmizin dinamik inkişafından, iqtisadi islahatların düzgün həyata keçirilməsindən xəbər verir.

Məhz elə bunun nəticəsidir ki, regionda son dövrlər baş verən hadisələrə və dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan öz iqtisadi artım tempini qoruyub saxlaya bilib. Bundan başqa, iqtisadiyyatda qeydə alınan müsbət dinamika da qeyri-neft sektorunun inkişafı hesabına təmin edilib. Son 10 ildə ölkə iqtisadiyyatının 3,4 dəfə artması bunun bariz ifadəsidir. 

Son illərdə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində də uğurlu göstəricilər qeydə alınıb. Bununla əlaqədar Mərkəzi Bank hökumətlə birgə bir sıra mühüm kompleks tədbirlər reallaşdırıb. Hazırda adı çəkilən bank pul siyasətinin çevikliyinin artırılmasına, milli iqtisadiyyatın maliyyə dayanıqlılığının və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına imkan verən uğulu siyasət həyata keçirir. Eyni zamanda,   Mərkəzi Bank bank sektorunda maliyyə sabitliyinin qorunmasının prioritetlərdən biri olduğunu diqqət mərkəzində saxlayır. Bunun üçün əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bank sektorunun maliyyə dayanıqlılığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl iş aparır.   

Hazırda nağdsız ödənişlərin inkişafı, elektron ödəniş xidmətlərinin və innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsi Mərkəzi Bankın fəaliyyətinin mühüm hədəflərindəndir. Yeni çağırışlardan irəli gələn vəzifələrin icrasında adı çəkilən bankda insan kapitalının, tədqiqat və analitik bazasının, idarəetmə proseslərinin daha da müasirləşməsi və inkişafına mühüm önəm verilir.

Yeni məzənnə rejiminin tətbiqi isə Mərkəzi Bankın ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir. Bu barədə  Mərkəzi Bankının 2016-cı ilin yanvar-iyun ayları ilə bağlı “Pul siyasəti” icmalında qeyd olunur. Bildirilir ki, 1 iyul 2016-cı il tarixinə Mərkəzi Bankın xarici valyuta ehtiyatları 4,3 milyard   dollar təşkil edir ki, bu da I rübün sonu ilə müqayisədə 5,4 faiz  yüksəkdir.

Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi kifayətlilik üzrə beynəlxalq təcrübədə qəbul edilmiş normaları (3 aylıq mal və xidmət idxalı, milli valyuta ilə pul təklifinə nisbət və s.) üstələyir.

Bu ilin birinci yarısında manatla pul kütləsinin dinamikası isə dollarlaşma proseslərinin səngiməsi fonunda formalaşıb.

V. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında