Maliyyə Nazirliyində kollegiya iclası keçirilmişdir

Maliyyə Nazirliyində keçirilən kollegiya iclasında "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Qanunun təsdiqi, eyni zamanda bu qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə nazirlik qarşısında duran vəzifələr müzakirə edilmişdir.
Kollegiyada çıxış edən maliyyə naziri Samir Şərifov qanunla əlaqədar qarşıda duran vəzifələr barədə danışaraq onların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar vermişdir.
Nazir bildirmişdir ki, 2011-ci il dövlət büdcəsi özünün prioritet istiqamətləri və strukturuna görə əvvəlki illərin büdcələrindən müsbət istiqamətdə fərqlənməklə bütün makroiqtisadi hədəflərin gücləndirilməsinə əhəmiyyətli baza yaradır.
O, həmçinin görüləcək işləri əks etdirən "Tədbirlər Planı"nın hazırlanmasını vacib hesab etmişdir.
Müzakirələr zamanı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün bir sıra normativ sənədlərin hazırlanmasına başlanılması, ilk növbədə təsdiq olunmuş dövlət büdcəsinin göstəricilərinin, gəlir və xərclərin bölgüsünün bir ay müddətində büdcə təşkilatlarına çatdırılması da qeyd olunmuşdur.
Nazir növbəti büdcə ilinin layihəsi ilə yanaşı, sonrakı üç il üçün də büdcə təsnifatının bütün parametrləri səviyyəsində ölkənin ali maliyyə sənədinin tam təkmil formada hazırlanmasını da məqbul saymışdır. Buna Maliyyə Nazirliyinin daxili imkanları şərait yaradır. Bu istiqamətdə ayrı-ayrı inkişaf etmiş ölkələrin təcrübələri də öyrənilmişdir.
Kollegiyada Maliyyə Nazirliyi Xəzinədarlığının İnformasiya İdarəetmə Sisteminin modernləşdirilməsi, respublikada sığorta bazarının inkişaf etdirilməsi və sığorta sisteminin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin sığorta bazarında tətbiqi və Maliyyə Nazirliyi sistemində dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqi, dövlət qulluqçularının peşə hazırlığının daha da təkmilləşdirilməsi ilə bağlı məsələlər də müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında