Qarşılıqlı təcrübə mübadiləsinin aparılması ilə bağlı Azərbaycanda səfərdə olan türkiyəli qonaqlarla görüş keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədi ilə ölkəmizdə səfərdə olan Türkiyə nümayəndə heyətinin üzvləri ilə noyabrın 30-da Bakı Biznes Mərkəzində görüş olmuşdur.
Türkiyənin dövlət orqanlarını təmsil edən 15 nəfərdən ibarət nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə gül-çiçək dəstələri düzmüşlər.
Sonra qonaqlar Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmiş və məzarları üzərinə gül düzmüşlər.
Nümayəndə heyəti şəhid türk əsgərlərinin memorialını da ziyarət etmiş, gül dəstələri qoymuşlar. Tədbirdə DQMK-nin şöbə müdiri Rauf Məcidbəyli çıxış edərək görüşün ölkəmizin iqtisadi siyasətinə, əldə olunmuş uğurlara və dünya iqtisadiyyatına inteqrasiya istiqamətində həyata keçirilən islahatlara həsr olunduğunu bildirmişdir.
Sonra İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu direktorunun müavini Fəxri Həsənovun "Azərbaycanın iqtisadi siyasəti və dünya iqtisadiyyatına inteqrasiya" mövzusunda təqdimatı dinlənilmişdir.
Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başladığını söyləyən natiq demişdir ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmiz sosial-iqtisadi inkişaf və dünya iqtisadiyyatına inteqrasiya sahəsində çox böyük nailiyyətlər əldə etmişdir. Diqqətə çatdırılmışdır ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası, mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi nəticəsində həmin vəsaitlər prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin gerçəkləşdirilməsinə yönəldilmişdir. Hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu uğurlu siyasətin nəticəsi kimi makroiqtisadi sabitliyə nail olunmuş, davamlı iqtisadi artımın əsası qoyulmuş, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanılmış, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Dünyanı bürümüş qlobal maliyyə böhranının aparıcı ölkələrə kəskin təsirinə baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi davam etmişdir.
Türkiyə nümayəndə heyətinin rəhbəri Əli Gülər qardaş ölkələrimiz arasında əlaqələrin qırılmaz tellərlə bağlı olduğunu qeyd etmiş, iqtisadi əməkdaşlığımızın bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini söyləmişdir. Xanım Bilgen Beşergil Türkiyə iqtisadiyyatının mərhələləri və inkişafı barədə məlumat vermişdir.
Sonda qonaqları maraqlandıran suallar cavablandırılmışdır.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında