Xəzəryanı neft və qaz şirkətlərinin iqlim dəyişmələrinə təsirinin azaldılması təşəbbüsləri ilə bağlı regionlararası təcrübə mübadiləsi aparılmışdır

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (DIW econ GmbH) və Dünya Bankının "Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq (GGFR)" Təşkilatının təşkilatçılığı ilə noyabrın 30-da Bakıda "Xəzəryanı neft və qaz şirkətlərinin iqlim dəyişmələrinə təsirinin azaldılması təşəbbüsləri - regionlararası təcrübə mübadiləsi" mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.
Tədbirdə ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə demişdir ki, ekoloji problemlərin həlli, o cümlədən atmosferə atılan qazın azaldılması şirkətin əsas fəaliyyət istiqamətlərindəndir. Həyata keçirilmiş tədbirlər nəticəsində "Neft daşları", "Azəri-Çıraq-Günəşli" və s. yataqlarda açıq səmaya buraxılan qazın həcmi xeyli azalmış, min kubmetrlərlə qaz yığılıb istehsalata verilmişdir. X.Yusifzadə quru sahələrdə görülən işlər barədə də məlumat vermişdir.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Cozef M.Ouen, Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvellen Xəzər regionu ölkələrində neft-qaz şirkətlərinin iqlim dəyişmələri strategiyaları haqqında danışmışlar.
ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Soltan Əliyev "ARDNŞ-in iqlim dəyişmələri strategiyası və fəaliyyət planı" mövzusunda çıxış etmişdir. Qeyd etmişdir ki, şirkətin təşəbbüsü ilə iqlim dəyişmələrinə zərər vuran, istilik effekti yaradan qazların azaldılması üzrə strategiya sənədi hazırlanmışdır. Bu, Avropa standartlarına tam cavab verən sənədlər toplusudur. Yaxın zamanlarda təsdiq olunacaq sənəd ARDNŞ sistemində istilik effekti yaradan qazların azaldılması üçün tədbirlər planını tənzimləyən strateji əhəmiyyətli bir layihə olacaqdır.
Konfransda ARDNŞ-in Ekologiya İdarəsi ilə DIW econ şirkətinin birlikdə hazırladıqları "ARDNŞ-də iqlim dəyişmələrinə təsirin azaldılması sahəsində strategiyanın inkişaf etdirilməsi" və GGFR təşkilatı ilə birgə hazırlanmış "ARDNŞ-in, əməliyyat şirkətləri və birgə müəssisələrin neft yataqlarından atmosferə atılan səmt qazının azaldılması planı" sənədləri təqdim edilmişdir.
Tədbirdə "İqlimin çağırışında bp-nin cavabı", "İqlim dəyişmələri ilə bağlı yeni layihə mexanizmləri", "Səmt qazlarının azaldılmasının əhəmiyyəti və tələblər", "Dünyada iqlim dəyişikliyinin Azərbaycana təsiri və insan amili" və s. mövzularda çıxışlar olmuşdur. Xəzəryanı və yerli neft-qaz şirkətlərinin, nazirlik və aidiyyəti təşkilatların, qeyri-hökumət təşkilatlarının iqlim dəyişmələri sahəsində əldə etdikləri nailiyyətlər diqqətə çatdırılmış, bu sahədə təcrübə mübadiləsi aparılmışdır.
Konfransın işində nazirlik və təşkilatlar, Dünya Bankı, Almaniyanın Ətraf Mühit, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi Nazirliyi, Xəzəryanı ölkələrin bir sıra neft-qaz şirkətləri və yerli təşkilatlar daxil olmaqla 70 təşkilatdan 120 nəfər iştirak etmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında