Dünya Bankı: Azərbaycanın aqrar sektoru 2016-2018-ci illərdə inkişaf göstəricilərinə görə Qafqaz ölkələri arasında birinci yerdə olacaq

Azərbaycanda həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün hərtərəfli zəmin yaradılıb, sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ-hüquqi baza təkmilləşdirilib. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyənləşdirilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Bütün bunlar isə hazırda məhsul tədarükündə özünü qabarıq büruzə verir.  

Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində ən mühüm şərtlərdən biri taxıl istehsalının artırılmasıdır. Bu baxımdan özəl iri taxılçılıq təsərrüfatlarının yaradılması böyük əhəmiyyət kəsb edir. İri taxılçılıq təsərrüfatları yüksək məhsuldarlıq əldə etməklə idxaldan asılılığın aradan qaldırılmasında, daxili bazarın keyfiyyətli məhsullarla təmin edilməsində və ərzaq təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır.

Uzun müddət, 20-25 gün ərzində regionlarda aramsız yağışların yağması taxıl biçinini bir qədər ləngitsə də artıq sahələrdə genişmiqyaslı biçin aparılır. Hazırda bu prosesə 2400-ə yaxın taxılbiçən kombayn cəlb olunub. Taxıl sahələrinin təxminən 45-50 faizində biçin başa çatdırılıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, adıçəkilən nazirlik tərəfindən tərtib edilən dislokasiya cədvəlinə görə, əvvəlcə Aran bölgəsində taxıl biçininə başlanmalı, daha sonra bu proses dağətəyi və dağlıq rayonlarda davam etdirilməli idi. Yağıntılarla əlaqədar cədvəldə müəyyən sıxlaşma yaransa da artıq proses öz qaydası ilə gedir. Hava şəraiti belə davam edərsə, bundan sonrakı 10 gündə taxıl sahələrinin 80 faizində, ondan sonrakı həftə ərzində isə biçin tam başa çatdırılacaq.

Baramaçılıqda da nəzərdə tutulan hədəfə nail olunub. Bu il 70-72 ton yaş barama istehsal etmək nəzərdə tutulub. Son məlumata görə, indiyədək 69,7 ton yaş barama təhvil verilib və kümçülərə vəsait tam ödənilib. Bundan sonra da bir neçə ton barama tədarük ediləcəyi gözlənilir.

Sonda Dünya Bankı tərəfindən yayılan  bir məlumatı da diqqətə çatdırmaq istərdik. Məlumatda bildirilir ki, 2016-cı ildə kənd təsərrüfatında 4,2 faiz, 2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla, yüksəliş gözlənilir. Proqnoza görə, Azərbaycan bu sahədə inkişafda Qafqaz ölkələri arasında birinci yerdə olacaq. Aqrar sektorun  artım faizi proqnozu ilə ölkəmiz hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında da ön yerlərdən birini tutacaq.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında