TANAP-ın inşası Türkiyədə boru istehsalını 7 faiz artırıb

Trans-Anadolu qaz boru kəmərinin (TANAP) inşası Türkiyədə boru istehsalı həcminin artmasına səbəb olub.

“APA-Economics” xəbər verir ki, bunu Türkiyənin Polad Boru İstehsalçıları Assosiasiyasının sədri Mehmet Zeren bildirib. Onun sözlərinə görə, Türkiyədə boru istehsalı 2015-ci illə müqayisədə 7 faiz artıb. Belə ki, ilin əvvəlindən yerli istehsalçılar 4,5 milyon ton məhsul istehsal edib.  Qeyd edək ki, TANAP-ın tikintisinə 2015-ci ildə başlanılıb. İllik 16 milyard kubmetr Azərbaycan təbii qazını Türkiyəyə çatdıracaq kəmərin uzunluğu 1800 kilometr təşkil edəcək. Türkiyənin boru istehsalçıları TANAP-ın 80 faizini, Çinin “Baosteel” şirkəti isə qalan hissəsini boru ilə təchiz edəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında