Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində bir sıra müqavilələr imzalanıb

Ötən həftənin sonunda Rusiyanın Sankt-Petreburq şəhərində keçirilmiş beynəlxalq iqtisadi forum keçirilib. Forumda iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev  bir sıra ikitərəfli görüşlər keçirib.

SOCAR-ın mətbuat xidmətinin məlumatına görə, Rusiyanın “Qazprom” şirkətinin idarə heyətinin sədri Aleksey Millerlə keçirilən görüşdə təbii qaz, maye karbohidrogenlər, qaz-kimya məhsulları ilə bağlı ticarət əməliyyatlarının genişləndirilməsi və qaz tədarükünün artırılması perspektivləri ətrafında müzakirələr aparılıb. SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Qazprombank” idarə heyətinin sədri Andrey Akimovla görüşü zamanı iki qurum arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə qeyd olunur ki, ‘’SOCAR Polymer’’ layihəsi üzrə polipropilen və yüksəksıxlıqlı polietilen istehsalı zavodlarının tikintisi üzrə birgə layihə üçün azot qurğusu ‘’Qazprombank’’ qrupuna daxil olan ‘’Kriogenmaş’’ ASC tərəfindən hazırlanacaq və tədarük ediləcək. Bu qurğu layihənin gedişində ‘’SOCAR Polymer’’in yüksək təmiz qazşəkilli azota tələbatını təmin etmək üçün nəzərdə tutulur. ‘’Kriogenmaş’’ ASC-nin istehsalı olan azot qurğusu ən müasir texnologiyalara əsaslanır ki, bu da kapital xərclərini azaltmağa, eləcə də aparıcı xarici şirkətlərin avadanlıqları ilə müqayisədə daha qənaətli istismarı təmin etməyə imkan verəcək.

Beynəlxalq iqtisadi forum çərçivəsində, həmçinin SOCAR, ‘’Qazprombank’’, Rusiyanın EXİAR ixrac kreditləri və investisiyaların sığortalanması agentliyi və İtaliyanın SACE ixrac kredit agentliyi arasında “Azərbaycanda qaz-kimya kompleksinin maliyyələşdirilməsi və tikintisi üzrə qarşılıqlı anlaşma memorandumu” imzalanıb. Rusiya Prezidenti Vladimir Putin və İtaliyanın Baş naziri Matteo Rentsinin iştirakı ilə Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutan təntənəli imzalanma mərasimində bildirilib ki, memoranduma əsasən, yeni neft-kimya layihəsi üzrə Azərbaycanda qaz emalı və qaz-kimya zavodlarının tikintisində Rusiya və İtaliya tərəfdaşlarının da iştirakı nəzərdə tutulur. ‘’SOCAR Gas Plastics Company’’ adlanan layihəyə ‘’Qazprombank’’ maliyyə təminatı verir və Rusiya istehsalı olan avanadlığının xarici bazarlarda istifadəsi baxımından yeni imkanlar açır. İlkin hesablamalara görə, layihənin ümumi investisiya dəyəri 3,5 milyard ABŞ dolları həcmində dəyərləndirilir. Layihədə Rusiya avadanlığı və materiallarının tədarükünün potensialı və Rusiya podratçılarının tikinti-montaj xidmətlərinin dəyəri investisiya büdcəsinin 20 faizi həcmində nəzərdə tutulur.

 “Qazprombank’’ Azərbaycanda SOCAR-la birlikdə həyata keçirdiyi iri layihələri, qrupun maliyə və texnoloji imkanlarının birləşdirilməsinin uğurlu nümunəsi kimi qiymətləndirib.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında