Azərbaycan və Polşa arasında iqtisadi sənədlər imzalanmışdır

Noyabrın 24-də Bakıda keçirilən Azərbaycan-Polşa biznes forumu çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Polşanın İnformasiya və Xarici İnvestisiya Agentliyi (PALiLZ) arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır. Sənədi AZPROMO-nun prezidenti Adil Məmmədov və PALiLZ-in prezidenti Slavomir Marjman imzalamışlar.
Həmçinin Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Polşa İşəgötürənlər Assosiasiyası arasında da qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.
Sənədi hər iki qurumun rəhbərləri - Məmməd Musayev və Andjey Malinovski imzalamışlar.
İmzalanma mərasimindən sonra Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev jurnalistlərə müsahibəsində memorandumları qarşılıqlı əlaqələrin potensialının artırılması yolunda atılmış addım kimi qiymətləndirdiyini demişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında