FHN-in Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün buğda tədarükünə başlayır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edir.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari il iyunun 21-dən sentyabrın 1-dək nazirliyin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman MMC”, “Karat-Holdinq”, “Karmen MMC”, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Aveta” MMC, “Neon” firması, “EL” kiçik müəssisəsi, “Pak-Nur”, “Xırman”, “Rəşad” firmaları və “Svinks” MMC müəssisələri vasitəsilə yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 250 manat olmaqla taxıl qəbul edəcək. 

Dövlət Taxıl Fonduna tədarük olunacaq buğda Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyənləşdirilən aşağıdakı keyfiyyət göstəricilərinə cavab verməlidir:

I. Dənin naturası (bir lititlik purkalarda qramla): buğda üçün-750 q/l-dən az olmamaqla;

II. Alaq otları (zibil) qarışığı (faizlə) buğda üçün - 2 faizdən çox olmamaqla;

III. Dən qarışığı (faizlə): buğda üçün - 5 faizdən çox olmamaqla;

IV. Nəmlik (faizlə) - bütün bitkilər üçün - 13,0 faizdən çox olmamaqla;

V. Yapışqanlıq - 3-cü sinif - 23 faizdən az olmamaqla buğda üçün - 2-ci qrupdan aşağı olmamaqla-yapışqanlığın keyfiyyəti (göstərici: 65-75);

VI. Şüşəvarilik - 3-cü sinif buğda üçün - 40 faizdən az olmamaqla;

VII. İy və dad - bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad - yol verilmir;

VIII. Sürmə ilə sirayətlənmiş dənlər - yol verilmir;

IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə bütün bitkilər üçün - yol verilmir;

X. Digər əlamətlər - bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir.

Taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər.

Məlumatda bildirilir ki, keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (09.00-dan 18:00-dək) aşağıda təqdim olunur:

“Gəncə Taxıl Elevatoru” - Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi, 20,  tel: 050-660-39-03.

“Səngəçal Taxıl Elevatoru” - Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şosesinin 51-ci kilometrliyi, tel: 050-218-30-06.

“Abşeron Taxıl” MMC - Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi, tel: 012-342-90-04; 050-352-50-01.

“Dəvəçi-Dəyirman MMC” - Şabran şəhəri, Nizami küçəsi, 1, tel: 050-314-39-21.                                      

“Karat-Holdinq” - Xirdalan şəhəri, Şamaxı şosesi, 23, tel: 050-222-38-36.

“Karmen” MMC - Abşeron rayonu, Yeni Şamaxı şosesi, 23, tel: 050-223-18-93.                        

“Gəncə-Dəyirman” MMC - Gəncə şəhəri, Kimyaçılar küçəsi, 1, 050-265-80-75.

“N.Quliyev adına Bakı-Taxıl” ASC - Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, tel: 012-566-00-44; 050-214-72-81.

“Aveta” MMC - Kürdəmir şəhəri, Bakı prospekti, 6, tel: 050-200-11-87.  

“Neon” firması - Gəncə şəhəri, Ə.Əliyev küçəsi, 3, tel: 050-220-30-27.

“EL” kiçik müəssisəsi - Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, 300, tel: 012-346-08-08, 055-271-73-73.

“Pak-Nur” firması - Xaçmaz şəhəri, tel: 050-590-18-36.

“Xırman” firması - Biləcəri qəsəbəsi, tel: 077-270-97-20.

“Rəşad” firması - Bərdə şəhəri, tel: 050-215-99-00.

 “Svinks” MMC - Xırdalan şəhəri, tel: 050-630-65-92.

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin 012-512-50-25 və 070-271-71-33 nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.

Daxili malgöndərənlərdən tədarük olunan taxılın qəbulu üçün aşağıdakı sənədlər tələb edilir:

- Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti;

- Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş daxili karantin sertifikatı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında