Əmlakın qeydiyyatı sistemi beynəlxalq təcrübəyə uyğunlaşdırılır

Bu ilin ötən ayları ərzində dövlət əmlakının idarə edilməsi, qorunub saxlanılması, ondan səmərəli istifadə edilməsi, dövlət mülkiyyətinin özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, daşınmaz əmlakın kadastrının aparılması istiqamətlərində qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tədbirlər həyata keçirilmişdir.
Bu tədbirlər əsasən dövlət əmlakının idarə edilməsinin səmərəliliyinin artırılması, onun qorunub saxlanılması və mühafizəsinin gücləndirilməsi, özəlləşdirmənin sürətləndirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi, regionların inkişafının təmin olunması üçün istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və inkişafı, yeni iş yerlərinin açılması, özəlləşdirilən müəssisələrdə investisiya qoyuluşlarına nəzarət edilməsinə yönəldilmişdir. Eyni zamanda özəlləşdirmə və daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sahəsində şəffaflığın və səmərəliliyin daha da artırılması, operativliyin təmin edilməsi əsas prioritetlər təşkil etmişdir. Belə ki, dövlət əmlakının özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrının aparılması və ünvan reyestrinin yaradılması sahələrində səmərəliliyinin artırılması məqsədi ilə bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Dünya Bankı, Almaniyanın KfW Bankı ilə birgə aidiyyəti tədbirlər həyata keçirilir.
Bu ilin ötən aylarında dövlət mülkiyyətinin özəlləşdirilməsinin daha da sürətləndirilməsi istiqamətində də bir sıra işlər görülmüşdür. Belə ki, 520-yə yaxın kiçik dövlət müəssisə və obyekti, habelə nəqliyyat vasitəsi özəlləşdirilmişdir. Özəlləşdirilmiş müəəssisə və obyektlərdən 286-sı Bakıda, 122-si isə respublikanın digər şəhər və rayonlarında yerləşir. 2010-cu ilin ilk doqquz ayında 355-ə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilmişdir.
Bu dövrdə dövlət müəssisələrinin bazasında 10-a yaxın səhmdar cəmiyyəti yaradılmışdır. Səhmlərin satışı üzrə keçirilmiş 41 hərracda 25-ə yaxın səhmdar cəmiyyətin səhmləri satılmışdır.
2010-cu ilin ilk doqquz ayında 7 dövlət müəssisəsi və səhmdar cəmiyyətinin ("Məişət Malları" ASC, "Biləsuvar Quşçuluq" ASC, "Qazax Konserv" ASC, "Lənkəran Çay-5" ASC, "Masallı Konserv" ASC, "Siyəzən Broyler" ASC və "Zeyxur" kiçik su elektrik stansiyası) səhmlərinin investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilməsi həyata keçirilmiş və müsabiqələrin qalibi müəyyən edilmişdir.
Nizamnamə kapitalında dövlətə məxsus səhmlərə görə 80-ə yaxın səhmdar cəmiyyəti tərəfindən dövlət büdcəsinə dividendlər ödənilmişdir. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2010-cu ilin yanvar-sentyabr aylarında müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 41 milyon manat məbləğində investisiya qoyulmuşdur. Bu investisiyalar müəssisələrin istehsal potensialının daha da artırılması və genişləndirilməsi məqsədi ilə müasir avadanlıq və mütərəqqi texnologiyaların tətbiqi, habelə ekoloji problemlərin aradan qaldırılması və işçilərin sosial təminatının daha da yaxşılaşdırılmasına yönəlmişdir.
2010-cu ilin yanvar-sentyabr aylarında investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilmiş 4 müəssisə ("Gəncə Dəyirman" ASC, "Salyan Mehmanxana" ASC, "Xırdalan Ət" ASC və "Bakı Ağırlaşdırıcılar» ASC) üzrə mülkiyyət hüququ alıcılara keçmişdir.
Dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, ondan təyinatı üzrə səmərəli istifadə edilməsi, daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsi, dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələrindən istifadə vəziyyətinin araşdırılması, dövlət müəssisələrinin özəlləşdirmədən sonrakı fəaliyyətinin monitorinqinin aparılması, müəssisələrdən hesabatların və inventarizasiya aktlarının alınması və təhlili istiqamətində işlər həyata keçirilmişdir. Tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq dövlət müəssisələrində, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərdə əmlakın mövcud vəziyyətinin və ondan istifadənin səmərəliliyinin araşdırılması istiqamətində monitorinq və araşdırmalar davam etdirilmişdir. Eyni zamanda bu məqsədlə əmlakın inventar siyahıları və əmlakdan istifadə barədə dövlət müəssisə və təşkilatları tərəfindən təqdim olunmuş hesabatlar əsasında təhlillər aparılır.
2010-cu ilin doqquz ayında 70 səhmdar cəmiyyətində, 4 səhmdar cəmiyyətinin struktur bölməsi olan 54 idarə və müəssisədə, 4 birgə müəssisədə dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, dövlət büdcəsinə çatacaq dividendlərin hesablanılması və ödənilməsi vəziyyəti, 24 idarəetmədə olan müəssisə və onların obyektlərində, 9 yarımçıq tikilidə isə dövlət əmlakının qorunub saxlanılması, ondan səmərəli istifadə olunması vəziyyəti araşdırılmaqla ümumilikdə 130-a yaxın monitorinq keçirilmişdir.
Azərbaycan Respublikasının ərazisində yeni formalaşdırılan irihəcmli daşınmaz əmlak obyektlərinin inşası üçün nəzərdə tutulmuş ərazilərin kadastr planlarının tərtibi və onlardan çıxarışların verilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Bununla yanaşı, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə müasir şəraitə uyğunlaşdırılmış respublikanın Daşınmaz Əmlakının Milli Qeydiyyat Sisteminin, habelə dövlət əmlakının idarə edilməsinin informasiya sisteminin inkişafı, komitənin informasiya-kommunikasiya texnologiyaları strategiyasının təkmilləşdirilməsi ilə bağlı zəruri işlər görülmüşdür. Belə ki, ölkə üzrə daşınmaz əmlaka dair vahid məlumat bazasının yaradılması, bu sahədə əldə edilmiş informasiyaların ümumiləşdirilməsi, emalı və təhlil edilməsi, habelə daşınmaz əmlakla bağlı müqayisəli, analitik və statistik materialların hazırlanması işi davam etdirilmişdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında