Belarus Azərbaycandan svop-sxemlə neft təchizatına ümid bəsləyir

Belarus Azərbaycana nefti svop-sxemlə göndərməyi təklif edir. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrın 19-da Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevlə görüşündə bildirmişdir.
ARDNŞ-in rəhbərini salamlayan Aleksandr Lukaşenko çətin vaxtlarda kənara çəkilməyib Belarusa kömək etdiyi üçün ən xoş arzularını və səmimi minnətdarlığını Azərbaycan Prezidentinə çatdırmağı xahiş etmişdir. Belarus dövlətinin başçısı demişdir: "Biz bunu unutmuruq, həmişə xatırlayacağıq və elə etməyə çalışacağıq ki, Azərbaycan üçün nə yaxşı və rahatdırsa, elə olsun".
Aleksandr Lukaşenko bildirmişdir ki, ölkələrimiz bir-birinə böyük maraq göstərir. Belarus və Azərbaycan arasında əmtəə dövriyyəsinin artım sürəti ən yüksək göstəricilərdən biridir. Zənnimcə, biz Belarus-Azərbaycan əməkdaşlığının aşkar və çox faydalı istiqaməti üzrə razılığa gələ bilsək, əmtəə dövriyyəsini xeyli genişləndirə bilərik. Biz kiməsə qarşı danışıqlar aparmırıq, qarşılıqlı faydalı iqtisadi layihələr üzrə əməkdaşlığı inkişaf etdiririk.
Belarus Prezidenti demişdir: "Mən Azərbaycan neftinin Belarusa, bizim neft emalı zavodlarına əsasən svop-sxemlə göndərilməsini nəzərdə tuturam. Biz bunu gizlətmirik. Siz hər tondan onlarca dollar qazanc əldə edəcəksiniz. Biz də udacağıq. Söhbət sizin neftin "Dostluq" boru kəmərinə çıxışı olan Odessa-Brodı neft kəməri ilə bizim zavodlara nəqlindən gedir".
Aleksandr Lukaşenko vurğulamışdır ki, Belarus karbohidrogen xammalla bağlı Azərbaycanla əməkdaşlığın istənilən variantını gözdən keçirməyə hazırdır.
Bu məsələnin Azərbaycan Prezidenti ilə çox müzakirə olunduğunu diqqətə çatdıran Belarus Prezidenti demişdir: "İlham Əliyev bu məsələyə normal yanaşır. Zənnimcə, irəli bir neçə addım atmağımızın vaxtı çatmışdır".
Rövnəq Abdullayev bildirmişdir ki, əmtəə dövriyyəsinin artırılması və svop-sxem məsələləri ilə bağlı müzakirələr artıq baş tutmuşdur. O demişdir: "Biz yaxşı işlədik və məsələnin həllini tapdıq".
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında