ABŞ Xəzər regionundakı tərəfdaşları ilə əməkdaşlığı genişləndirir

ABŞ Yaxın Şərq və Azərbaycan da daxil olmaqla Xəzər regionundakı tərəfdaşları ilə əməkdaşlığı genişləndirmək hesabına Avropa üçün yeni təbii qaz mənbələrinin təmin edilməsi istiqamətində iş görür. Bu sözləri ABŞ-ın dövlət katibi Hillari Klinton ABŞ-Avropa İttifaqı Şurasının noyabrın 19-da Portuqaliyanın Lissabon şəhərində keçirilmiş iclasında söyləmişdir.
XXI əsrdə ABŞ-Aİ dialoqunda enerji məsələsinin vacib yer tutduğunu deyən dövlət katibi qeyd etmişdir ki, "Cənub dəhlizi" layihəsi Avropa bazarlarının şaxələndirilmiş təbii qaz təchizatının təmin olunmasına, eləcə də Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verəcəkdir.
Daha sonra H.Klinton bildirmişdir ki, bu il iyunun 7-də İstanbulda Azərbaycan ilə Türkiyə arasında təbii qazın satışı və nəqlinə dair sənədlərin imzalanması Xəzər qazının Avropa bazarlarına çatdırılması istiqamətində təchizatçı və tranzit ölkələrə danışıqların aparılmasında yeni imkan yaratmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında