Azərbaycanın xarici iqtisadi əlaqələrində Avropa İttifaqı mühüm rol oynayır

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, dövlət başçımızın iqtisadi siyasətində Azərbaycanın ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrinin inkişafına xüsusi diqqət yetirilir. Son illərdə bu sahədə müsbət nəticələr əldə edilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlər müəyyənləşdirilib.

Cənab İlham Əliyevin xarici dövlətlərə səfərləri, eləcə də Azərbaycanın və tərəfdaş ölkələrin müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu işə güclü təkan verib.

Məlumatda xatırladılır ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də Avropa İttifaqı ilə davamlı  münasibətlərin qurulması və inkişaf etdirilməsidir. Bu münasibətlərin əsası 1996-cı ildə imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulub.  2009-cu ildə Azərbaycanın qoşulduğu Şərq Tərəfdaşlığı Təşəbbüsü, Viza və Readmissiya haqqında sazişlərin imzalanması, həmçinin enerji sahəsində əməkdaşlıq Avropa İttifaqı ilə əlaqələrin daha da genişlənməsinə zəmin yaradıb. 

Nazirliyin məlumatında, eyni zamanda, Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payının ötən il 47 faiz, bu ilin I rübündə isə 43 faiz olduğu vurğulanır. Bildirilir ki, son 10 ildə Avropa İttifaqı ölkələrinin Azərbaycanda əsas kapitala yönələn və qeyri-neft sektoruna qoyulan birbaşa investisiyalarının ümumi xarici investisiyalarda xüsusi çəkisi müvafiq olaraq 45,6 faiz və 35 faiz olub. Avropa İttifaqının 23 üzv ölkəsi ilə Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması, 18 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 14 üzv ölkə ilə hökumətlərarası komissiya, 2 ölkə ilə işçi qrupu yaradılıb.

Məlumatda, həmçinin qeyd olunur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır və bu sahədə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı strateji əhəmiyyət daşıyır. “Cənub” Qaz Dəhlizi layihəsi enerji sahəsində strateji əməkdaşlığın diqqətçəkən  nümunələrindən biridir. Bu layihə Avropa İttifaqının prioritet layihələrinə daxil edilib.  

 Xatırladaq ki, Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici dövlətlər arasında da Avropa İttifaqı ölkələri üstünlük təşkil edir. Son 10 ildə Azərbaycanda əsas kapitala yönəldilən xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulan xarici investisiyaların isə 36 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bank işi və digər sahələrdə 1000-dən çox  Avropa şirkəti Azərbaycanda qeydiyyatdan keçib. Avropa İttifaqının bir çox ölkələri ilə ikiqat vergitutmanın aradan qaldırılması, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 10-dan çox  ölkə ilə hökumətlərarası komissiya yaradılıb.

Azərbaycan əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. Ölkədə inkişafın davamlılığının təmin edilməsi məqsədilə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və özəl sektorun inkişafı, sosial siyasət əsas prioritetlərdir. Respublikamız bundan sonra da Avropa ölkələri ilə əməkdaşlığı daha da genişləndirmək, qabaqcıl Avropa təcrübəsini tətbiq etmək, birgə ikitərəfli və regional layihələr həyata keçirmək niyyətindədir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında