Yaponiyanın "İtoçu" korporasiyası "Azəri-Çıraq-Günəşli" layihəsində iştirakını genişləndirmək niyyətindədir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən bildirmişlər ki, noyabrın 18-də qurumun prezidenti Rövnəq Abdullayev Yaponiya-Azərbaycan iqtisadi komissiyasının həmsədri, "İtoçu" korporasiyasının icraçı direktoru Yoiçi Kobayaşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə Y.Kobayaşi Azərbaycana sonuncu dəfə dörd il əvvəl səfər etdiyini söyləmiş, ötən müddətdə ölkəmizin iqtisadi inkişafında baş vermiş irəliləyişləri yüksək qiymətləndirmiş, ARDNŞ-in liderliyi ilə neft-qaz sənayesində nəzərəçarpacaq uğurlar qazanıldığını vurğulamışdır. O, təmsil etdiyi "İtoçu" korporasiyasının Azərbaycanla artıq 15 ilə yaxın sıx əməkdaşlıq etdiyini, həm neft, həm də qeyri-neft sektorunda müxtəlif layihələrdə tərəfdaş olduğunu xatırlatmışdır. Bildirmişdir ki, həyata keçirdikləri beynəlxalq layihələr arasında "Azəri-Çıraq-Günəşli" layihəsinə xüsusi etimad göstərilir və "İtoçu" bu layihədə iştirakını genişləndirmək niyyətindədir. Qonaq, həmçinin ARDNŞ ilə beynəlxalq miqyasda neft və neft məhsullarının treydinqi, habelə neft kimyası sahəsində əməkdaşlıqda maraqlı olduqlarını söyləmişdir.
"İtoçu"nun Azərbaycanda uzunmüddətli səmərəli fəaliyyətindən razılıqla söz açan Rövnəq Abdullayev birgə layihələrin icrasının bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirmişdir. O, ARDNŞ-in idarəçiliyində olan "Petkim" neft-kimya kompleksinin nəzdində layihə gücü ildə 10 milyon ton təşkil edəcək yeni neft emalı zavodunun inşası üçün Türkiyə hökumətindən müvafiq razılıqların alındığını diqqətə çatdıraraq bu sahədə əməkdaşlıq üçün geniş perspektivlər yarandığını söyləmişdir. R.Abdullayev "İtoçu" ilə ARDNŞ arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün bu və digər layihələrdə əlverişli imkanların mövcudluğunu qeyd etmiş, digər maraqlı şirkətlərlə yanaşı, Yaponiyanın bu iri korporasiyasının təkliflərinin də diqqətlə nəzərdən keçiriləcəyini qeyd etmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında