Avropa İttifaqı üçün Cənubi Qafqaz regionunda əsas tərəfdaş Azərbaycandır

Avropa İttifaqı üçün Cənubi Qafqaz regionunda əsas tərəfdaş Azərbaycandır. Bu fikri Avstriya Federal Maliyyə Nazirliyinin dövlət katibi Andreas Şider Avstriya Azərbaycan Ticarət Palatasının Vyanada "İnkişaf edən Cənubi Qafqaz regionu - Azərbaycan, Avstriya və Avropa üçün imkanlar" adı altında təşkil etdiyi panel diskussiyası zamanı səsləndirmişdir.
Natiq demişdir ki, Azərbaycan öz resursları və strateji mövqeyinə görə Avropa üçün mühüm əhəmiyyət kəsb edir. 2009-cu ildə Cənubi Qafqaz ölkələrindən Avropa İttifaqına mal ixracının 90 faizi Azərbaycanın payına düşmüşdür. Bu da Avropada MDB məkanında ən yüksək iqtisadi inkişaf sürətinə malik Azərbaycana qarşı marağı daha da artırmaqdadır.
Belə amilləri nəzərə alaraq, Avstriya Azərbaycana xüsusi diqqət ayırmağa çalışır. Avstriyanın Azərbaycanda səfirliyinin açılması, viza qaydalarının sadələşdirilməsi, gömrük sazişinin imzalanması hökumətlər tərəfindən qarşılıqlı münasibətlərin inkişafı üçün atılan mühüm addımlardır. Yerləşdiyi regionda aparıcı iqtisadiyyat faktoruna çevrilən Azərbaycanda tikinti sənayesi, kənd təsərrüfatı, bərpa olunan enerji mənbələri, turizm, infrastruktur, ekoloji texnologiyalar sahəsində Avstriya şirkətləri üçün geniş imkanlar mövcuddur. Odur ki, hər iki ölkənin işgüzar dairələri bazarların birgə inkişaf etdirilməsinə nail olmaqdadır.
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti Alon Şklarek bildirmişdir ki, mövcud olduğu bir ilə yaxın dövr ərzində Avstriya-Azərbaycan Ticarət Palatası iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən informasiya mübadiləsi, şirkətlər və işgüzar dairələr arasında əlaqələrin qurulması, mədəniyyət tədbirlərinin təşkil edilməsi və digər tədbirlərin keçirilməsinə öz töhfəsini vermişdir. Təşkilatın məqsədi təkcə Azərbaycan və Avstriya iş adamları arasında əlaqələrin qurulmasına səy göstərməkdən ibarət deyildir, eyni zamanda, Azərbaycanla Mərkəzi Avropa regionu arasında iqtisadi əlaqələri dərinləşdirməyə xidmət etməkdir.
Çıxışlardan sonra tədbirin diskussiya hissəsi başlamışdır. Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov, OMV şirkətinin baş direktoru Volfqanq Ruttenstorfer, Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti Alon Şklarek, "Lansky, Ganzger & Partner" vəkillər kontorunun rəhbəri Qabriel Lanski, Koop Himmelblau memarlıq studiyasının rəhbəri Volfditer Draybholts Azərbaycanın geosiyasi mövqeyi, iqtisadi potensialı, iş adamları üçün mövcud imkanlar və digər mövzularda öz fikirlərini bölüşmüş, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışlar.
Tədbirin sonunda Azərbaycan səfirliyi adından ziyafət verilmişdir.{nl}

Elgün NİFTƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Vyana

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında