Azərbaycanda iqtisadiyyatın tənzimlənməsinin müasir postneft dövrü

(əvvəli linkdə)


 

– Sahibkarlığın inkişafında inzibati-hüquq maneələrinin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması üçün hələ 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərman imzalanmışdır. Lisensiyalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzində verilməyə başlanmışdı. Lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmişdir. Lisenziyalar müddətsiz müəyyən edilmiş, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb və “Elektron lisenziya” portalının yaradılmasına başlanmışdır.

– “Azərbaycan Respublikasında “Tranzit yükdaşınmalar üzrə Koordinasiya Şurası yaradılması” haqqında fərman qəbul edilmişdir.

– “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektoru üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” haqqında sərəncam qəbul edilmişdir. Bu sərəncama əsasən, altı ay müddətində işçi qrupu aşağıdakı layihələri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir: 2016- 2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planının layihəsi; 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışın layihəsi; 2025-ci ildən sonrakı dövrə hədəf baxış layihəsi;

– Azərbaycan Respublikasının Prezidenti yanında yeni iqtisadi islahatlar üzrə yeni koməkçi təyin edilmişdir.

Dövlət tənzimlənməsinin iqtisadi metodu 

– “Əmanətlərin sığortalanması haqqında” Qanuna dəyişikliklərə əsasən, vətəndaşların bankdakı əmanətinə görə olan dividendlərdən vergi tutulmayacaq. “Əmanətlərin tam sığortalanması haqqında” yeni qanun isə insanların bankda olan əmanətlərinə görə narahatlığını tam aradan qaldırmışdır. Faktiki olaraq, vətəndaşın bankda olan vəsaitinin 3 il müddətində tam sığortalanması təmin edilmişdir.

– Fevralın 1- dən üç il müddətində yerli və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitetin – öz fəaliyyətini və inkişafını maliyyələşdirmək üçün qiymətli kağızlar buraxan qurumun investisiya qiymətli kağızlar üzrə ödədiyi diskont və faiz gəlirləri vergidən azad edilmişdir.

– Azərbaycan Respublikası Konstitusiyasının 110- cu maddəsinin 1 hissəsinə uyğun olaraq, 2016-cı il yanvarın 19-da qəbul edilmiş “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Milli Məclisdə qəbul edilmiş Azərbaycan Respublikasının Qanununu Prezident İlham Əliyev imzalamadan 2016-cı il fevralın 3-də Milli Məclisə geri qaytarmışdır. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununun məqsədəuyğun olmaması barədə Azərbaycan Respublikası Prezidentinin təklifini Milli Məclis  qəbul etmişdir.

– Sahibkarlığın inkişaf etdirilməsi üçün 2016- cı ildə 100- dən çox yeni müəssisənin yaradılması məqsədi ilə İqtisadiyyat Nazirliyinin sahibkarlığa Kömək Milli Fondu il ərzində sahibkarlara, təxminən, 250 milyon manat güzəştli kreditin verilməsini nəzərdə tutur.

– Sahibkarların yerli istehsala yatırılacağı vəsaitləri də nəzərə alınmaqla, iqtisadiyyatın real sektoruna investisiyaların həcminin 1 milyard manata yaxın olacağı proqnozlaşdırılır.

– Postneft dövründə də iqtisadiyyatın dövlət tənzimlənməsində əsas məqsəd əhalinin sosial müdafiəsi, rifahının yüksəldilməsidir. Bununla əlaqədar olaraq, ölkə Prezidentinin sərəncamına əsasən, büdcədən maliyyələşən bir çox qurumların işçilərinin əmək haqları, pensiyaçılar, təqaüdçülərin sosial müavinətləri 1 fevral 2016-cı ildən etibarən 10 faiz artırılmışdır.

– İxracyönümlü məhsullar istehsal edən müəssisələrə güzəştlərin tətbiqi üçün 2016-cı il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilərək, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergidən yayınma hallarına qarşı tədbirlərin gücləndirilməsi yolu ilə büdcə gəlirinə daxilolmaların artırılmasına yönəldilmişdir.

– Vergi Məcəlləsindəki əlavə və dəyişikliyə əsasən, ƏDV-nin məqsədləri üçün ərizəvermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120 min manatdan 200 min manatadək artırılmışdır. Məcburi ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaradan həddin artırılması dövriyyəsi 200 min manatadək olan şəxslərə sadələşdirilmiş vergitutma rejimində fəaliyyətlərini davam etdirməyə imkan verəcək.

– Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkə iqtisadiyyatına investisiya yatıran hüquqi şəxs və fərdi sahibkar mülkiyyətində və ya istifadəsində olan torpaqlara görə 7 il müddətinə torpaq vergisi ödəməkdən azad edilir və xaricdən gətirilən texnikaya görə gömrük rüsumu alınmır.

– Ölkəyə gətirilən taxıla, un və çörək istehsalına görə tətbiq olunan Əlavə Dəyər Vergisi ləğv edilməsi haqqında qərar qəbul edilmişdir ki, bu da əsas tələbat məhsulu olan çörəyin qiymətinin əsaslı şəkildə aşağı düşməsi idi. Hazırda regionda ən ucuz çörək Azərbaycandadır.

– Maliyyə sektorunun tənzimləmək məqsədi ilə dövlət  “dollarlaşmanın” qarşısını almaq üçün müvafiq tədbirlər görmüşdür. Mərkəzi Bankla Dövlət Neft Fondunun müdaxiləsi nəticəsində bazarda valyuta qıtlığı aradan qaldırılmışdır.

– Bank sektorunun dövlət tənzimlənməsi ilə bankların da qeyri-neft sektoruna diqqət artırması üçün müvafiq tədbirlər görülməsi nəzərdə tutulur.

Ölkədə sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin yaxşılaşdırılması, əhalinin sosial rifahının artırılması ilə bərabər, əhalinin intellektual səviyyəsinin yüksəlməsi, elm və təhsilin inkişafına müasir postneft dövründə də dövlət tərəfindən xüsusi diqqət və dəstək göstərilməkdədir.

Elm və təhsilin inkişafının vacibliyi ilə əlaqədar akademik Ramiz Mehdiyevin göstərdiyi “universitet- iqtisadiyyat- dövlət” üçqat spiral modeli müasir dövrdə də aktualdır. Bir sıra beynəlxalq təşkilatlar Azərbaycanın inkişaf modelini öyrənir və qiymətləndirir. Akademik Urxan Ələkbərovun göstərdiyi kimi, IV Bakı Beynəlxalq Humanitar Forumunda Dünya Bankı tərəfindən Azərbaycanın iqtisadi artımı “20-lik qrupuna” aid dövlətlərlə müqayisə edilmiş və aparılmış hesablamalara əsasən, 2003- 2013-cü illərdə 3 dəfədən çox iqtisadi artım Çində və Azərbaycanda müşahidə edilmişdir. Bu müddətdə hətta Çində adambaşına ÜDM-in artımı 3,1 dəfə olduğu halda, Azərbaycanda isə 3,5 qat olmuşdur.

Bütün bünlar bir daha göstərir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi şaxələndirilmiş iqtisadi islahatlar, nail olunan davamlı innovativ iqtisadi inkişaf proseslərinin elmi əsaslarla planlaşdırılması və tənzimlənməsi sayəsində qazanılan uğurlar yenicə təməli qoyulan postneft dövründə olan neftsiz iqtisadiyyatda da yüksək nailiyyətlərin əldə edilməsinə əminlik yaradır.

Roza ƏLİYEVA,
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının
iqtisadiyyatın dövlət tənzimlənməsi
kafedrasının dosenti

kafedrasının dosenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında