İsrail şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağı böyükdür

İqtisadiyyat naziri Şahin Mustafayev İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavı qəbul edib. Görüşdə Ş. Mustafayev Azərbaycan-İsrail əlaqələrinin inkişaf etdiyini vurğulayıb, yaradılan müqavilə-hüquqi bazanın və keçirilən görüşlərin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd edib. 

Qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu diqqətə çatdıran nazir hazırda Azərbaycanda 37 İsrail şirkətinin fəaliyyət göstərdiyini,    səhiyyə, əczaçılıq, kənd təsərrüfatı, İKT, turizm, qeyri-neft məhsullarının ixracı sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu, qeyri-neft sektorunda birgə müəssisələrin yaradılmasının mümkünlüyünü vurğulayıb. O, eyni zamanda,   bildirib ki, Azərbaycan əczaçılıq məhsullarının istehsalında maraqlıdır və bu sahədə İsrail ilə birgə istehsal müəssisəsinin yaradılması mümkündür.

Şahin Mustafayev, həmçinin xatırladıb ki,  kənd təsərrüfatında intensiv metodların tətbiqi sahəsində təcrübənin öyrənilməsi, respublikamıza müasir texnologiya və avadanlıqların gətirilməsi və Azərbaycanda birgə istehsalın  təşkili sahəsində əməkdaşlıq imkanları genişdir. Xarici şirkətlərin, o cümlədən İsrail iş adamlarının ölkəmizdə səmərəli fəaliyyəti üçün sənaye parklarında da əlverişli şərait yaradılıb.

İqtisadiyyat naziri qeyri-neft sektorunda ölkəmizin potensialı ilə yaxından tanış olmaq və əməkdaşlıq imkanlarının öyrənilməsi məqsədi ilə İsrail şirkətlərini Azərbaycana səfərə dəvət edib.

Görüşdə Ş. Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb, Ermənistanın növbəti təxribatı nəticəsində cəbhə xəttində yaşanan son hadisələr barədə səfiri məlumatlandırıb.

İsrail Dövlətinin respublikamızdakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanlar  olduğunu, səfirliyin iqtisadi əlaqələrin genişləndirilməsini təşviq etdiyini vurğulayıb.   Səfir Dan Stav İsrail şirkətlərinin iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən əczaçılıq, nəqliyyat və telekommunikasiya, suvarma sahəsində avadanlıq istehsalı sahələrinə maraq göstərdiyini diqqətə çatdırıb.   Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında