Kənd təsərrüfatının inkişafına göstərilən diqqət məsuliyyətimizi artırır

Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün  sosial-iqtisadi inkişafının  yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  Prezident  İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın bugünkü reallıqlarına tam aydınlıq gətirdi.

Ölkə başçısı son vaxtlar baş verən hərbi-siyasi  vəziyyəti ətraflı təhlil etdi, Azərbaycan Ordusunun qazandığı uğurlardan danışdı. Dövlət başçımız  qeyd etdi ki,  Silahlı Qüvvələrimiz erməni təxribatına  mərdliklə  cavab  verdi, düşmənin hərbi obyektlərini darmadağın etdi.  Bildirdi ki,  biz bir  qarış da  torpağımızı düşmənə güzəştə getməyəcək, tezliklə azad edəcəyik.

Eyni  zamanda,   son vaxtlar Dağlıq Qarabağ münaqişəsi  ətrafında aparılan davamlı danışıqların  nəticələrinə də  diqqət yetirən  Prezident, bu gün  dünyanın əlksər ölkələrinin və nüfuzlu  beynəlxalq təşkilatların  Azərbaycanın haqq işini   dəstəklədiyini diqqətə  çatdırdı.  Ölkə başçısı bildirdi ki, bütün həmsədr ölkələr - ABŞ, Rusiya  və Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dünyada Ermənistandan başqa elə bir ölkə yoxdur ki, bizim ərazi bütövlüyümüzü dəstəkləməsin.  Bu, doğrudan da,  həqiqətdir. Aparılan məqsədyönlü  xarici siyasət öz nəticələrini  verməkdədir.

Prezident İlham Əliyev bu ilin birinci rübündə ölkəmizin əldə etdiyi  sosial-iqtisadi uğurlardan  və qarşıda  duran vəzifələrdən də ətraflı  bəhs etdi. Azərbaycanın  gələcək inkişaf  istiqamətlərindən, mühüm strateji məqamlardan   bəhs edən Prezident əsas  diqqətin qeyri-neft sektorunun inkişafına  yönəldiləcəyini  xüsusi olaraq vurğuladı. Kənd təsərrüfatının inkişafı sahəsində  qazanılan uğurlardan  bəhs edən ölkə  rəhbəri bildirdi: “Kənd təsərrüfatının inkişafı bizim üçün həmişə prioritet olub, indiki şəraitdə bunun önəmi daha da artır. Mən şadam ki, ümumdünya iqtisadi böhranına baxmayaraq, birinci rübdə Azərbaycanda kənd təsərrüfatının istehsalı artıb – 2,7 faiz.  Ərzaq təhlükəsizliyi məsələsi əsas prioritetdir və ümid edirəm ki, yaxın zamanlarda biz özümüzü ərzaqla tam şəkildə təmin edəcəyik.”

Son illər  kənd təsərrüfatının inkişafında əsaslı dönüş yaratmaq  üçün  dövlət əhəmiyyətli tədbirlər həyata keçirilir. Fermerlərə dəstək verilir, subsidiyalarda yeni yanaşmalar təklif olunur. Qazanılan uğurlar  hələ başlanğıcdır. Məhsullarımızın    xarici ölkə bazarlarına  çıxarılması  üçün  yeni  yollar axtarılır. Cənab Prezident  iclasda demişdir: “Biz kənd təsərrüfatı məhsullarının ixracını daha da sürətləndirməliyik. Bu məqsədlə təşviq sistemi işə salınır. Bu, bizim üçün birinci təcrübədir. Xaricə öz məhsulunu çıxaran qurumlara, şirkətlərə dövlət kompensasiya verəcəkdir. Baxaq, bu sistem necə işləyəcək. Bir çox ölkələrdə bu, özünü doğrultdu və hesab edirəm ki, bizdə də özünü doğrultmalıdır. Ancaq yenə də bu, bizim üçün bir sınaqdır. Biz bu təşəbbüsü etdik ki, ixracı stimullaşdıraq və ümid edirəm, buna nail olacağıq.”

Ötən il cənab Prezidentin təşəbbüsü  ilə ölkədə “Kənd  təsərrüfatı ili”  elan olunmuşdu. Bu il də  həmin  sahənin inkişafı prioritet olaraq qalmaqdadır.  Ölkədə  kənd təsərrüfatının inkişafını təmin etmək üçün  suvarma sistemi işçilərinin  də üzərinə mühüm vəzifələr  düşür. Azərbaycanda aqrar sahənin inkişafı ümumən  suvarma əkinçiliyinə əsaslanır. Belə ki, bitkiçilik məhsullarının 85-90 faizi, pambıq bitkisinin hamısı suvarılan torpaqlarda becərilir. Suvarma əkinçiliyinin iqtisadi səmərəliliyinin təmin olunması kənd təsərrüfatı bitkilərindən sabit və yüksək məhsul alınması ilə yanaşı, bütün ehtiyatlardan qənaətlə istifadə olunması, torpaqların meliorativ vəziyyətinin normal səviyyədə saxlanılması, suvarmanın aqrotexniki və texnoloji cəhətdən düzgün və dəqiq aparılması, eləcə də, operativ idarə olunması üçün  bütün imkanlardan istifadə etməyə çalışırıq.

Biz,  suvarma sistemi işçiləri  bu il kənd təsərrüfatının inkişafında  yeni mərhələ olacağına inanırıq.

Şakir ƏHMƏDOV,
Göyçay Suvarma
Sistemləri İdarəsinin rəisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında