MHŞT üzrə Çoxtərəfli Qrupun iclası olmuşdur

Noyabrın 12-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilmişdir.
Fondun mətbuat xidmətindən bildirmişlər ki, Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası MHŞT üzrə 13-cü hesabat (2010-cu ilin ilk 6 ayı) - hökumətin hesabatı və Müstəqil Mühasiblərin Rəyi ilə bağlı rəyini açıqlamışdır.
İclasda ÇQ-nin üzvləri 2011-ci il üçün iş planını müzakirə edərək təsdiq etmişlər.
Tədbirdə qeyd edilmişdir ki, Azərbaycanda MHŞT-nin tətbiqinin ilkin mərhələsində bu prosesə inamın yaradılması məsələsindən irəli gələrək ildə iki (yarımillik və illik) hesabat açıqlanırdı. ÇQ mövcud şəraitdə Azərbaycanda MHŞT-nin tətbiqi sahəsində əldə edilən nailiyyətləri və MHŞT-ni tətbiq edən digər ölkələrdə yalnız illik hesabatların açıqlandığını nəzərə alaraq, bu hesabatların ildə bir dəfə - illik hesabat şəklində açıqlanmasına qərar vermişdir.
İclasda, həmçinin MHŞT-nin Azərbaycanda tətbiqinə dair digər məsələlər müzakirə olunmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında