Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir

Tarif (qiymət) Şurasının katibliyindən bildirmişlər ki, iclasda Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi tərəfindən göstərilən kadastr xidmətlərinin tariflərinin tənzimlənməsi məsələsinə baxılmışdır.
Belə ki, Azərbaycan Prezidentinin 2010-cu il 27 iyul tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları"na əsasən, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması bilavasitə Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinə həvalə edilmişdir.
İclasda mərkəz tərəfindən göstəriləcək 8 müxtəlif xidmət üzrə baza məbləğləri 1-100 manat arasında dəyişməklə yeni tariflər qəbul edilmişdir. Bu xidmətlər içərisində yalnız daşınmaz əmlak barədə rastr və vektor məlumatların CİS (Coğrafi İnformasiya Sistemi) məlumat bazasına daxil edilməsi əhali üçün nəzərdə tutulmuşdur. Bu xidmətə görə tarif 1,50 manat səviyyəsində müəyyən edilmişdir.
Qəbul olunmuş tariflər noyabrın 12-dən qüvvəyə minir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında