Bakıda pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair beynəlxalq seminar keçirilir

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, BMT-nin Narkotiklər və Cinayət İdarəsi ilə birgə "Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığın aktual məsələləri" mövzusunda beynəlxalq seminar keçirir.
Beynəlxalq seminarda Azərbaycanın hüquq-mühafizə orqanlarının, Maliyyə Monitorinqi Xidmətinin və digər müvafiq dövlət qurumlarının əməkdaşları ilə yanaşı, Pakistanın müxtəlif dövlət orqanlarının nümayəndələri də iştirak edirlər.
Peşəkar beynəlxalq ekspertlər tərəfindən aparılan seminar praktiki xarakter daşıyır.
Maliyyə Monitorinqi Xidməti son bir il ərzində pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda 45, o cümlədən beynəlxalq ekspertlərin iştirakı ilə 9 təlim və seminar keçirmişdir. Bu təlim və seminarlarda 2700 nəfərdən çox yerli mütəxəssis iştirak etmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında