“İranın qlobal neft bazarına qayıdışı qiymətlərə təsir göstərəcək”

İran neft hasilatını artırmaqda problemlərlə üzləşir, lakin bu ölkənin qlobal neft bazarına qayıdışı qiymətlərə təzyiq göstərəcək. “APA-Economics” xəbər verir ki, bu barədə

“Moody ‘s Investors Service” Beynəlxalq Reytinq Agentliyinin yaydığı məlumatda deyilir.

İran bəzi ölkələrdən fərqli olaraq, fevralın 16-da Rusiya və Səudiyyə Ərəbistanı arasında neft hasilatının dondurulması barədə əldə edilən razılığa qoşulmayıb.

“Proqnozlara əsasən, İranın 2016-cı ildə dünya bazarına sutkada 500 min barreldən artıq neft çıxarması qiymətlərə təzyiq göstərəcək. Lakin İran hasilatın artırılmasında problemlərlə üzləşir. Hasilatın artırılması üçün müştəri bazasını bərpa etmək şərtdir. Bundan başqa, neft buruqlarının modernləşdirilməsi üçün investisiyaların cəlb olunması da vacibdir. İran Çinə ixracı artırmaqda maraqlıdır. Lakin regional rəqabət çox güclüdür. Unutmaq olmaz ki, Səudiyyə Ərəbistanı Çinin əsas təchizatçısıdır”, – deyə agentlik qeyd edir.

Analitiklər əlavə olaraq xatırladır ki, ABŞ şirkətləri sanksiyalar səbəbi ilə hələ də İrana investisiya yatıra bilmir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında