Dünya bazarında neftin qiyməti cüzi ucuzlaşıb

Londonun “İCE” Birjasının verdiyi məlumata görə, “Brent” markalı neftin qiyməti 3,7 faiz ucuzlaşaraq bir barreli 33,01 dollar olub. Nyu-York Əmtəə Birjasının verdiyi məlumata görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 3,6 faiz ucuzlaşaraq bir barreli 29,64 dollar olub.

“The Financial Times”in yazdığına görə, ABŞ 413 neft buruğunu bağlayaraq hasilatı 2009-cu ildəki həddə gətirib.

“Reuters”in verdiyi məlumata görə, İran Milli Neft Şirkətinin rəhbəri Roknoddin Cavadi bildirib ki, İran neft hasilatını artırır. İndi hər gün İranda 700 min barrel neft hasil edilir. Eyni zamanda, İran Avropaya neft ixracını da çoxaldıb. Artıq İrandan Avropaya ikinci partiya neft göndərilib.

Rusiya Baş nazirinin müavini Arkadi Dvorkoviç bildirib ki, neftin bir barrelinin qiyməti 60-70, hətta 100 dollar da ola bilər. Düzdür, bəzi vaxtlar neftin qiyməti 20 dollara da enə bilər. Lakin yenidən neftin qiyməti artacaq.

Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında