bp şirkəti “Şahdəniz-3” layihəsinin reallaşdırılmasına hazırlaşır

“bp-Azerbaijan” şirkəti Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağında 3 ölçülü seysmik tədqiqat aparıb. Məqsəd yatağın işlənməsinin üçüncü fazasının mümkün reallaşdırılması barədə məlumat əldə etmək olub.

Trend-in məlumatına görə, bunu jurnalistlərə şirkətin geoloji kəşfiyyat və qiymətləndirmə üzrə vitse-prezidenti Qreq Rayli deyib: “Abşeron yarımadası ətrafındakı dayazsulu hissədə dənizin 15 metr dərinliyində iki ölçülü seysmik tədqiqatlar aparılarkən podratçımız “Caspian Geophysical” “Gilavar” gəmisi ilə “Şahdəniz”də də 3 ölçülü tədqiqatlar aparıb. Bu, bizə yatağın gələcək işlənməsi imkanları üzrə müəyyən məlumatlar toplamağa imkan verdi. Məlumatların təhlili cari ilin dördüncü rübündə başlayacaq”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında