Tbilisidə Gürcüstanda fəaliyyət göstərən Azərbaycan və Almaniya biznes assosiasiyalarının forumu keçirilmişdir

Noyabrın 4-də Tbilisidə Gürcüstanda fəaliyyət göstərən Azərbaycan iş adamlarının ictimai birliyi "AZEBİ" və Almaniya iş adamlarının biznes assosiasiyası üzvlərinin iştirakı ilə "Almaniya Azərbaycanla görüşür" mövzusunda biznes forumu keçirilmişdir. Forumun işində Almaniyanın Gürcüstandakı səfiri Ortvin Xeniq və digər rəsmi şəxslər iştirak etmişlər.
Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev demişdir ki, məqsəd iki ölkənin Gürcüstanda fəaliyyət göstərən şirkətləri arasında əməkdaşlığın qurulması, birgə layihələrin gerçəkləşdirilməsi, yeni iş yerlərinin açılması, ortaya çıxan məsələlərin həllinə birlikdə nail olmaqdır. "AZEBİ" gələcəkdə digər ölkələrin də Gürcüstanda fəaliyyət göstərən şirkətləri ilə belə bir işbirliyi qurmaq niyyətindədir.
Gürcüstan bazarı Azərbaycan üçün əhəmiyyətlidir və Azərbaycanın bir çox şirkəti burada fəaliyyət göstərir. ARDNŞ Gürcüstanın ən böyük vergi ödəyicisi reytinqini saxlayır. Artıq həmin şirkətklərin öz imkanlarını daha da genişləndirmək, yeni tərəfdaş axtarmaq zamanı gəlmişdir. Zənnimcə, bu görüş iş adamlarının əlaqəli fəaliyyətinə şərait yaradacaq, yaxşı nəticələr verəcəkdir. Gürcüstanda biznes imkanları böyükdür və bu birlik ondan səmərəli istifadəyə imkan verəcək, müştərək müəssisələr yaradılması, biznesin təhlükəsizliyi və digər baxımdan mühüm rol oynayacaqdır.
ARDNŞ-in Gürcüstan nümayəndəliyinin məsul əməkdaşı Arif Əliyev tərəfdaşlarla işbirliyi yaradılmasında, mühüm biznes strukturlarının meydana çıxmasında bu forumun mühüm rol oynayacağını vurğulamışdır. A.Əliyev qeyd etmişdir ki, alman şirkətlərinin Avropa təcrübəsi var və ondan bəhrələnməklə Avropa bazarlarına çıxmaq olar.
Ortvin Xeniq bildirmişdir ki, Azərbaycanla Almaniya coğrafi baxımdan uzaq olsalar da, siyasi-iqtisadi baxımdan yaxındırlar. Səfir öz ölkəsinin Cənubi Qafqazda biznesin inkişafına diqqət yetirdiyini vurğulamış, forumun iki ölkənin iş adamlarının daha səmərəli əməkdaşlığına və birgə fəaliyyətinə şərait yaradacağına əmin olduğunu qeyd etmişdir.{nl}

İslam Əliyev AzərTAc-ın xüsusi müxbiri
Tbilisi

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında