Daşkənddə Azərbaycan Respublikasının Birinci Milli Sərgisi açılmışdır

Noyabrın 5-də Daşkənddə Azərbaycan Respublikasının Birinci Milli Sərgisi açılmışdır.
Açılış mərasimindən əvvəl iqtisadi inkişaf naziri Şahin Mustafayev başda olmaqla Azərbaycan nümayəındə heyəti Daşkəndin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında ulu öndərin abidəsi önünə əklil və tər çiçək dəstələri qoymuşlar.
Sonra nümayəndələr "Uzekspomərkəz" sərgilər salonuna gəlmiş və burada açılış mərasimi keçirilmişdir. Mərasimdə Özbəkistan baş nazirinin müavini, xarici iqtisadi əlaqələr, investisiya və ticarət naziri Elyer Qəniyev, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, ölkəmizin Özbəkistandakı səfiri Namiq Abbasov, digər rəsmi şəxslər, KİV nümayəndələri iştirak etmişlər.
Elyer Qəniyev Özbəkistan hökuməti adından sərginin iştirakçılarını və qonaqları salamlamış, bu sərginin Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafında, əlaqələrimizin daha da dərinləşdirilməsində əlamətdar hadisə olacağına əmin olduğunu bildirmişdir. O demişdir ki, xalqlarımız və dövlətlərimiz arasında belə yüksək səviyyədə münasibətlər qurduqlarına görə biz öz liderlərimiz İslam Kərimov və Heydər Əliyevə minnətdar olmalıyıq. E.Qəniyev qeyd etmişdir ki, bu sərgi iqtisadi əlaqələrimizin daha da dərinləşdirilməsinə və xalqlarımızın daha da yaxınlaşmasına təkan verəcəkdir.
Şahin Mustafayev çıxışında bildirmişdir ki, Azərbaycanın Birinci Milli Sərgisinin məhz Özbəkistanda keçirilməsi təsadüfi deyildir. Belə ki, bizi dil, din, mədəniyyət və tarixi köklərimiz, həmçinin dinamik inkişaf edən siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrimizin dərinliyi birləşdirir. "Yeni dövrdə dostluq və qardaşlıq münasibətlərinin əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Özbəkistanın dövlət başçısı İslam Kərimov tərəfindən qoyulmuşdur və ulu öndərin varisi olan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elə bu sərginin keçirilməsi ilə bağlı razılıq da Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin sentyabr ayında Özbəkistana rəsmi səfəri zamanı əldə edilmişdir", - deyə nazir vurğulamışdır.
Ş.Mustafayev Azərbaycan - Ermənistan, Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyinə görə Özbəkistanın dövlət başçısına minnətdarlığını bildirmişdir.
Nazir Azərbaycanın iqtisadi inkişafı haqqında geniş məlumat verərək demişdir ki, bu sərgidə ölkəmizin iqtisadi potensialını əks etdirən stendlər, o cümlədən sənaye, yanacaq-energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, turizm, mədəniyyət, xalq tətbiqi sənəti, səhiyyə, təhsil, idman və digər sahələrə aid 170-dən artıq müəssisənin 1750 çeşiddə məhsulu nümayiş etdirilir.
Sonra sərgiyə baxış keçirilmişdir. Sərgi öz işini davam etdirir.{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri
Daşkənd

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında