Dünyaya çoxlu neft lazımdır, neftə isə böyük investisiya

Londonun "İCE" birjasının verdiyi məlumata görə, "Brent" markalı neftin bir barreli 30 dollardan da aşağı düşərək 29,96 dollar olub. Nyu-York Əmtəə birjasının verdiyi məlumata görə, Texas sortu adlandırılan ABŞ-ın "WTI" markalı neftinin bir barreli 29,71 dollar olub.

Neftin qiymətinin düşməsinə əsas səbəb Səudiyyə Ərəbistanının "Saudi Aramco" Neft Şirkətinin rəhbəri Xalid əl-Fatihin bəyanatı olub. O, bildirib ki, enerji layihələrinə qoyulan investisiya əvvəlki həcmdə qalacaq. Digər tərəfdən, Çin  iqtisadiyyatında yaranmış durğunluq neftin qiymətinin aşağı düşməsinə səbəb olub. Çin  2015-ci ildə 2014-cü ilə nisbətən dizel yanacağına istehlakı 5,6 faiz azaldıb.

“The Finansial Times”ın verdiyi məlumata görə, OPEK-in baş katibi Abdalla əl-Bədri təşkilata üzv ölkələrə bildirib ki, neftin indiki qiymətinə etiraz edilməlidir. Neftin qiyməti artmalıdır. İri neft istehsalçıları yaranmış problemin həllinə çalışmalıdırlar. Neftin qiymətinin artması nəinki istehsalçılara, həm də istehlakçılara lazımdır. Dünyaya çoxlu neft lazımdır, neftə isə böyük investisiya.

Qəzənfər  QASIMOV,
"Xalq  qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında