Daxili bazarda qiymətlər sürətlə ucuzlaşacaq

Azərbaycan dövləti daxili bazarda istehsal məhsullarının qiymətlərinin təbii yolla tənzimlənməsi üçün tədbirlər görməyə başlayıb. Fikrimcə, yaradılan iri fermer qurumları, taxılçılıqla məşğul olan təsərrüfatlar və yeni yaradılacaq müəssisələr tərəfindən bu problemin həlli qısa müddət ərzində sürətləndiriləcək. 

Daxili bazarda istehsal məhsullarının qiymətlərinin təbii yolla tənzimlənməsi üçün bir neçə yol var. Birincisi, yerli istehsal  artırılmalıdır. Əgər bu, baş verərsə, ölkəyə xaricdən gətirilən məhsullara tələbat azalacaq. İkincisi isə sözügedən istiqamətdə tədbirlərin həyata keçirilməsidir. Əvvəla hazırda kənd təsərrüfatında kooperativ və kooperasiyaların yaradılmasına böyük ehtiyac duyulur. Bu fikir reallaşarsa, aqrar sektorda həm xərclər  azalacaq, həm də Azərbaycana xeyir verən məhsullar bazara daha çox çıxarılacaq. Bu,  əsas hədəf olmalıdır.

Xərclərin azaldılması ilə bağlı atıla biləcək addımlar birmənalı şəkildə Azərbaycanda yerli istehsalın stimullaşdırılmasına xidmət etməlidir. Ona görə də güzəştli kreditlərin verilməsi, neft güzəştlərinə baxılması kimi məsələlərə önəm verilməlidir. Bütün bunlar isə son nəticədə, təbii ki,  yerli istehsalın güclənməsinə xidmət edəcək. Üçüncüsü isə ölkə idxalının tamamilə liberallaşdırılmasıdr. Sevindirici haldır ki, artıq bununla bağlı addımlar atılıb.  

Hazırda qarşıda duran əsas vəzifələrdən biri də  yeni sahibkarlıq subyektlərinin yaradılmasına və onların idxalla məşğul olmalarına nail olmaqdır. Belədə şübhəsiz ki, idxalda rəqabət  yaranacaq. Bu isə, eyni zamanda,  daxili bazarda qiymətlərin tənzimləməsinə imkan verəcək. Düşünürəm ki, sözügedən istiqamətdə fəaliyyətlərin genişlənməsi daxili bazarda qiymətlərin təbii yolla tənzimlənməsinə gətirəcək. Əgər proses liberallaşarsa, o zaman artıq süni qiymət artımı anlayışı da aradan qalxacaq. Belə olarsa, dövlətin inzibati müdafiəsinə ehtiyac qalmayacaq və nəticədə qiymətlər sürətlə aşağı düşəcək.

Bütün bu problemlərin aradan qaldırılması və həlli istiqamətində bir ildən az vaxt tələb olunacaq. Bu ortamüddətli hədəfdir və zaman tələb edir.

Vüqar BAYRAMOV,
iqtisadçı-ekspert


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında