Astanada Azərbaycan - Qazaxıstan hökumətlərarası komissiyasının iclası keçirilmişdir

Noyabrın 4-də Astanada Azərbaycan-Qazaxıstan hökumətlərarası iqtisadi komissiyasının VII iclası keçirilmişdir.
Komissiyanın iclasında Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlığın inkişafına və möhkəmləndirilməsinə dair təkliflər irəli sürülmüşdür. Neft-qaz, kənd təsərrüfatı, nəqliyyat, turizm, səhiyyə, təhsil, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunmuşdur.
İclasda tələbələrin Qazaxıstanda və Azərbaycanda təhsil alması üzrə kvota mübadiləsi razılaşdırılmışdır.
Müzakirələrin xeyli hissəsini dəniz daşımaları ilə bağlı saziş layihəsi təşkil etmişdir. Qeyd olunmuşdur ki, sazişin noyabrın 18-də Bakıda keçiriləcək Xəzəryanı ölkələrin sammitində imzalanması mümkündür.
İclasın yekunları ilə bağlı komissiyanın Qazaxıstan tərəfdən sədri, bu ölkənin neft və qaz naziri Sauat Mınbayev demişdir ki, "Transxəzər" layihəsi üzərində iş davam etdirilir. Layihə ilə bağlı bütün məsələlər həll olunmamışdır. Bu, Batumi və Qara dənizin digər limanlarına nəql ediləcək neftin nisbətindən asılıdır. Tərəflər prinsipləri müəyyənləşdirmişlər və müzakirələr davam edəcəkdir.
Hökumətlərarası komissiyanın sədri, sənaye və energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Qazaxıstanın Baş naziri Kərim Məsimov ilə də görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında