İrandan sanksiyaların götürülməsi neftin qiymətinə təsir edib

İran İslam Respublikasından sanksiyalar götürüldükdən sonra neftin qiyməti aşağı enib. Londonun “İCE” birjasının verdiyi məlumata görə, “Brent” markalı neftin bir barreli əvvəlcə 27,72 dollar, bir neçə saatdan sonra isə 28,20 dollar olub. Nyu-York əmtəə birjasının verdiyi məlumata görə, Texas sortu adlandırılan “WTI” markalı neftin bir barreli 28,72 dollar olub.

Lakin İran İslam Respublikasının hökuməti bildirib ki, onlar hər gün dünya bazarına 0,5 milyon barrel neft çıxaracaqlar. Bu isə istər-istəməz dünya bazarında neftin qiymətinə təsir edəcək.

Bundan əlavə, İrandan sanksiyalar götürüləndən sonra Səudiyyə Ərəbistanının yeganə fond birjası olan “Tadawul All-Share İndex” çöküb. Fond 7,5 faiz ziyana düşüb.

RİA “Novosti”nin verdiyi məlumata görə, Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib ki, 2016-cı ilin II rübündə neftin qiyməti sabitləşəcək. İlin sonunda isə neft və neft məhsullarının qiyməti artacaq.

 Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında