Tahir Rzayev: Yeni sərəncam taxılın ölkəyə gətirilməsində xərcləri azaldıb

Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad olunması insanların rifahının yaxşılaşmasına, unun, un məmulatlarının qiymətinin sabitləşməsinə xidmət edir. Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad olunmasını çox müsbət bir addım sayan deputat əhalinin də bu sərəncamı müsbət qiymətləndirdiyini bildirib: “Bu gün Ağcabədi rayonunda əhali ilə görüşəndə onlar buna görə çox razılıq etdilər. Artıq bu, öz nəticəsini göstərib. Rayonda unun, çörəyin qiyməti enib və qiymətlər tənzimlənib”. T.Rzayev qeyd edib ki, yeni sərəncam taxılın ölkəyə gətirilməsi xərclərini də azaldıb: “Bu, yerli istehsalçılara da şərait yaradır ki, çörəyin qiyməti sabit qalsın, artmasın. Çörək insanlar üçün çox mühüm ərzaqdır. Ona görə də qiyməti sabit qalmalıdır. Vətəndaşlar tərəfindən bu, çox müsbət dəyərləndirilir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında