“Brent” markalı neftin bir barrelinin qiyməti 12 il əvvəlki minimuma enib

"Brent" markalı neftin bir barrelinin qiyməti 30 dollardan da aşağı düşərək 2004-cü ilin aprel ayındakı minimumdan da aşağı düşüb. Londonun "İCE" birjasının verdiyi məlumata görə, "Brent" markalı neftin bir barreli 29,95 dollar olub. Nyu-York əmtəə birjasının verdiyi məlumata görə, Texas sortu adlanan ABŞ-ın "WTI" markalı neftinin bir barreli 29,93 dollar olub.

"The Wall Street Journal" qəzetinin verdiyi məlumata görə, dünyanın  12 ən  iri bank təhlilçilərinin neftin qiyməti ilə bağlı sorğuları keçirilib. Bank təhlilçiləri bildiriblər ki, 2016-cı ildə "Brent" markalı neftin bir barrelinin orta illik qiyməti 50 dollar olacaq.

Rusiyanın "Xarici İqtisadi Bank"ının sədr müavini Andrey Klepaç isə bəyan edib ki, neftin bir barrelinin qiyməti 20 ­dollardan da aşağı enə bilər. Lakin bu vəziyyət müvəqqəti olacaq. ­2016-cı ilin ikinci yarısında ­neftin bir barrelinin qiymətinin 40-50 dollara qalxacağı gözlənilir.

Hazırda Rusiyanın iqtisadi inkişaf və maliyyə nazirlikləri neftin bir barrelinin 25 dollardan olacağı barədə ssenari hazırlayırlar.

Qəzənfər  QASIMOV,
"Xalq  qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında