“UBS” bankı bildirib ki, neftin bir barrelinin qiyməti 30 dollar olacaq

İsveçrənin “UBS” bankının verdiyi proqnoza görə, 2016-cı ilin birinci yarısında “Brent” markalı neftin bir barrelinin qiyməti 30 dollar olacaq.

Bankın təhlilçisi Dominik Şnayder bildirib ki, bu ilin birinci yarısında “Brent” markalı neftin bir barreli 10 faiz ucuzlaşacaq. ABŞ bu il neft hasilatını azaldacaq və yalnız bundan sonra dünya bazarında  neftin qiymətinin stabilləşməsini gözləmək olar.

D. Şnayderin sözlərinə görə, Səudiyyə Ərəbistanı ilə İran İslam Respublikası arasında yaranmış konflikt dünya bazarında neftin qiymətinə təsir edir. Neft gah bahalaşır, gah da ucuzlaşır. Səudiyyə Ərəbistanı ilə İran arasında olan konflikt isə bir və ya iki həftə davam edə bilər.

Londonun “İCE” birjasının verdiyi məlumata görə, “Brent” markalı neftin bir barreli  2,20 faiz ucuzlaşaraq 36,42 dollar olub. Nyu-Yorkun əmtəə birjasının verdiyi məlumata görə, Texas sortu adlanan ABŞ-ın “WTI” markalı neftinin bir barreli də 2,20 faiz ucuzlaşaraq 35,97 dollar olub.

Qeyd edək ki, dünya neft bazarında neftin bir barrelinin qiyməti 36 dollarla 39 dollar arasında hər saat, hər an, hər gün  dəyişir.

Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında