“Qazprom” Avropaya qaz ixracını 32 faiz artırıb

Rusiyanın “Qazprom” şirkəti Avropaya “mavi yanacaq” ixracını 32 faiz artırıb. Şirkətin rəhbəri Aleksey Miller “Rambler News Service” verdiyi müsahibədə bildirib ki, onların xaricdəki həmkarları bu işdə yaxşı dinamika göstərirlər. Hazırda qaz ixracı Almaniyaya 19,3 faiz, İtaliyaya isə 75,2 faiz artırılıb. Britaniya və Fransiya isə “mavi yanacaq” ixracı iki dəfə çoxaldılıb.

Aleksey Miller qeyd edib ki, Avropanı qazla daha yaxşı təmin etmək üçün “Şimal axını-2” qaz kəmərinin tikintisi realizə olunmalıdır.

Almaniyanın vitse-kansleri Ziqmar Qabriel isə bildirib ki, Almaniya “Şimal axını-2” qaz kəmərinin tikintisini bəyənir və dəstəkləyir. Avropa Birliyi əmindir ki, Rusiya Avropada enerji təhlükəsizliyinin təminatçısı olacaq.

Qeyd edək ki, “Şimal axını-2” qaz kəmərinin istismarı 2019-cu ilin IV rübünə planlaşdırılıb və bu kəmər vasitəsilə hər il Avropaya 55 milyard kubmetr mavi yanacaq ixrac ediləcək

Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında