Dünya bazarında neftin qiyməti 11 il əvvəlki minimuma enib

Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir. “Rambler News Service”nin verdiyi məlumata görə, neftin qiyməti 2004-cü ilin iyul ayındakı minimuma enib.

Londonun “İCE” birjasının verdiyi məlumata görə, “Brent” markalı neftin bir barrelinin qiyməti 1,34 faiz ucuzlaşaraq 36,14 dollar olub. Nyu-York əmtəə birjasının məlumatına görə, Texas sortu adlanan ABŞ-ın “WTI” markalı neftinin bir barrelinin qiyməti 0,58 faiz ucuzlaşaraq 34, 53 dollar olub.

Qeyd edək ki, dekabrın 14-də “Brent” markalı neftin bir barrelinin qiyməti 3 faiz ucuzlaşaraq 36,8 dollar olmuşdu. ABŞ-ın  “WTI” markalı nefti isə 34 dollara düşmüşdü ki, bu da 2008-ci ilin minimuna bərabər idi. Bir çox dövlətlər neftin aşağı düşməsində OPEK-i günahlandırırlar.  

Xatırladaq ki, OPEK-ə üzv dövləilər hər gün 31,5 milyon barrel neft hasil etməlidirlər. Lakin faktiki olaraq hər gün 32,2 milyon barrel neft hasil edilir.

Dünya bazarında neftin qiymətinin aşağı düşməsi neft ixrac edən dövlətlərin milli valyutasına da ciddi təsir edib. Dollar isə möhkəmlənib. 

Qəzənfər   QASIMOV,
“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında