Dünya bazarında neftin qiyməti düşməkdə davam edir

Londonun "İCE" birjasının verdiyi məlumata görə, "Brent" markalı neftin bir barreli 0,88 faiz ucuzlaşaraq 37,06 dollar olub.

Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlanan ABŞ-ın "WTI" ( West Texas Indermediate ) markalı neftinin bir barreli 1,62 faiz ucuz­laşaraq 34, 95 dollar olub.

İqtisadi təhlilçilər bildiriblər ki, ilin bu vaxtında neft ehti­yatının artması güclü neqativ elementdir. ABŞ-ın Energetika Nazirliyi bildirib ki, son bir həftə ərzində ölkədə neft ehtiyatı 4,8 milyon barrel artaraq 490,7 miyon barrel olub.

Bu ərəfədə ABŞ Konqresinin liderləri ölkədən neftin ixracı ilə bağlı qadağanı götürən qanun layihəsi hazırlayırlar. Qanun layihəsi hazır olduqdan sonra ABŞ Senatına təqdim ediləcək.

Qəzənfər  QASIMOV,
"Xalq  qəzeti" 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında