Neftçalada sahibkarlara güzəştli kreditlər verilmişdir

İqtisadi İnkişaf Nazirliyi "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini oktyabrın 29-da Neftçala rayonunda keçirmişdir.
Tədbirdə Neftçala və ətraf rayonlarda fəaliyyət göstərən 250-yə yaxın sahibkar iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit almış Hacıqabul rayonundakı "Yurd El" MMC-yə məxsus, tutumu 2 min ton olan, Salyan rayonunda "Ələddin Fermer" MMC-yə məxsus, tutumu 5 min ton olan müasir soyuducu anbar komplekslərinin fəaliyyətinə, "Hacı Camalxan" Kəndli Fermer Təsərrüfatının inşa etdirdiyi, tutumu 10 min ton olan müasir taxıl anbarı kompleksində aparılan tamamlama, 2400 başlıq südlük istiqamətli cins heyvandarlıq kompleksində tikinti işlərinə baxmışlar.
Sonra "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri öz işinə başlamışdır.
Tədbiri giriş sözü ilə açan Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş dövlət proqramlarının uğurlu icrası nəticəsində regionlarda iqtisadiyyatın bütün sahələrində, o cümlədən sənaye və kənd təsərrüfatında da əsaslı irəliləyişə nail olunduğunu bildirmişdir. Qeyd etmişdir ki, ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi, Neftçalada da yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılmışdır. Hazırda bu sahədə işlər davam etdirilir.
İqtisadi İnkişaf Nazirliyinin, Bakı Biznes Tədris Mərkəzinin, Sahibkarlığa Kömək Milli Fondunun məsul işçiləri çıxış edərək sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində bölgələrdə görülən işlər, həyata keçirilən layihələr barədə məlumat vermişlər. Bildirilmişdir ki, 2010-cu ilin ötən dövründə 1142 sahibkara 90 milyon manatdan çox güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 4400-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 99,8 faizi respublikanın regionlarının payına düşür. Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən müasir standartlara cavab verən çörək istehsalı müəssisəsinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbulunu davam etdirir. Fondun direktoru Şirzad Abdullayev sahibkarları bu layihələrdə fəal iştiraka dəvət etmişdir.
Sahibkarlar üçün "Güzəştli kreditlərin verilməsi mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunması" mövzusunda treninq keçirilmiş və metodiki materiallar paylanmışdır.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Neftçala və ətraf rayonlarda fəaliyyət göstərən 29 sahibkarlıq subyektinə 350 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 55 yeni iş yerinin yaradılması nəzərdə tutulur.Bundan əlavə, regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq tədbirdə Neftçala rayonunun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi məqsədilə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla müzakirələr aparılmış, güzəştli şərtlərlə maliyyələşdirilməsi daha məqsədəuyğun hesab olunan sahələr müəyyənləşdirilmişdir.
Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərini digər rayonlarda da davam etdirəcəkdir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında