“WTI” markalı neftin qiyməti minimuma enib

OPEK-in hesabatından sonra Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin bir barreli 36,55 dollar olub. Nyu-York əmtəə birjasının verdiyi məlumata görə,  bu da əvvəlki günlərə nisbətən 1,64 faiz ucuzlaşma deməkdir.

Bununla yanaşı, “Brent” markalı neftin də qiyməti aşağı düşüb. Londonun “İCE” birjasının verdiyi məlumata görə, “Brent” markalı neftin bir barreli 39,71 dollar olub. Bu neft də bir faiz ucuzlaşıb.

Qeyd edək ki, OPEK-ə daxil olan ölkələr noyabr ayında hər gün 31,7 milyon barrel qara qızıl hasil ediblər ki, bu da oktyabr ayına nisbətən 0,73 faiz və ya 230 min barrel çoxdur.

Mütəxəssislərin bildirdiyinə görə, yaxın həftələrdə “WTI” və “Brent” markalı neftlərin qiymətləri daha aşağı enəcək və 2008/ 2009-cu illərin böhran dövrünün qiymətlərinə çevriləcək.

Son məlumata görə, Londonun “İCE” birjasında “Brent” markalı neftin bir barreli 38,96 dollardır. Nyu-York əmtəə birjasının məlumatına görə, “WTI” markalı neftin bir barreli 36,52 dollardır.

 Qəzənfər  QASIMOV,
“Xalq   qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında