OPEK iclas keçirdi, neftin qiyməti isə yenə də düşdü

Neft ixrac edən ölkələrin təşkilatı – OPEK keçirdiyi iclasda neft hasilatında kvotanı saxladı. Hər gün 31,5 milyon barrel neft hasil ediləcək.

OPEK-in baş katibi Abdulla Salem əl-Bədri bildirib ki, gələcəkdə OPEK daha da  güclü olacaq. Lakin kvota haqqında bir iclasda təcili qərar qəbul etmək olmaz. Kvota haqqında OPEK-in növbəti iclasında müzakirələr olacaq.

“Financial Times”ın verdiyi məlumata görə, artıq İran da dünya neft bazarına qayıdır.

OPEK-in iclasından sonra dünya bazarında neft yenidən ucuzlaşmağa başlayıb. Londonun “İCE” birjasının verdiyi məlumata görə, “Brent” markalı neftin bir barrelinin qiyməti 44,64 dollardan 42,76 dollara enib və yenidən 43,01 dollar olub. Texas nefti adlanan ABŞ-ın  WT1” markalı nefti isə 40 dollardan da aşağı düşüb. Şimal dəniz nefti isə 43,17 dollara satılıb.

Dünya neft  bazarında  neftin qiymətinin enməsi neft ixrac edən ölkələrin milli valyutalarına ciddi təsir edib. Dollar isə möhkəmlənib.

Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında