OPEC-in baş katibi:Neft hasilatı üzrə kvota artırılmayıb

OPEC neft hasilatının səviyyəsini indiki faktiki səviyyədə saxlamağı qərara alıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu təşkilatın baş katibi Abdulla Əl-Bədri bəyan edib.

Baş katibin sözlərinə görə, yeni kvotalar səviyyəsinə dair məsələyə 2016-cı ilin iyununda Vyanada keçiriləcək növbəti iclasda baxılacaq: “Biz indi hər hansı rəqəmin üzərində dayana bilmərik. Biz bilmirik, İran nə vaxt bazara daxil olacaq. OPEC daxilində  hasilat vaxtaşırı dəyişir. Odur ki, qərarın qəbul edilməsini növbəti iclasadək təxirə saldıq”.

2011-ci ilin dekabr ayından bəri OPEC-in neft hasilatı kvotası sutkada 30 milyon barrel təşkil etsə də, son 1,5 ildə kartelin real hasilatı bu göstəricidən artıq olub.

Qeyd edək ki, bundan əvvəl Bloomberg agentliyi öz mənbələrinə əsasən iclasda sutkalıq neft hasilatının 1,5 milyon barel artırılması barədə qərar qəbul edildiyini bildirmişdi.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında