“Qazprom” şirkətinin tarixində ən böyük tender

Rusiyanın "Qazprom" şirkəti bir lotla 822,1 kilometr uzunluğunda "Sila Sibiri" ( "Sibirin gücü" ) qaz kəmərinin çəkilməsi üçün tender müsabiqəsi elan edib. Bu qaz kəməri Çin Xalq Respublikasına çəkiləcək. Tenderin qiyməti 156 milyard rubl dəyərində qiymətləndirilir. Bu, şirkətin tarixində ən böyük tenderdir.

Tenderin sənədlərinə əsasən müsabiqənin nəticələri dekabrın 11-də elan ediləcək.

"Sila Sibiri" qaz kəməri ilə Rusiya qazı Çin Xalq Respublikasına ixrac ediləcək. Rusiyanın "Qazprom" və Çinin "CNPC" şirkətləri bu barədə müqavilə bağlayıblar. Qaz kəmərinin tikintisi 2018-ci ildə yekunlaşacaq və əvvəlcə Çinə ildə 5 milyard kubmetr, sonralar isə ildə 38 milyard kubmetr qaz ixrac ediləcək. Qaz kəməri layihəsində səkkiz kompressor stansiyası inşa ediləcək.

Bu layihənin qiymətini 55 milyard dollar həcmində dəyərləndirirdilər. Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanov isə onun 60-70 milyard dollara başa gələcəyini bildirib.

Qəzənfər  QASIMOV,
"Xalq  qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında