“Günəşli” yatağında daha bir quyu qazılır

Xəzərin Azərbaycan sektorunda yerləşən “Günəşli” yatağı neft-qaz ehtiyatları ilə zəngindir. Təsadüfi deyil ki, “Azneft” İstehsalat Birliyi üzrə hasil edilən neftin yarısından çoxu məhz bu yatağın payına düşür. Yataqdakı qalıq neft-qaz ehtiyatlarının işlənməyə cəlb edilməsi üçün burada yeni quyuların qazılması davam etdirilir.

Bu günlərdə SOCAR-AQŞ “Günəşli’’ yatağındakı 11 saylı stasionar dəniz özülündən 30 saylı quyuda qazma işlərinə başlayıb. Yeni quyunun Qırmaki altı lay dəstəsinə qazılması planlaşdırılır. 30 saylı quyunun layihə dərinliyi isə 4 min metr təşkil edir. Xatırladaq ki,  “Günəşli’’ yatağının dayaz sulu hissəsində qazılan istismar quyusunun azimutu 292 dərəcə, inhirafı isə 1400 metr  təşkil edir.

Qazma sahəsində qazandığı zəngin təcrübəyə və dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ, həmişə olduğu kimi, bu və növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi cəhətdən səmərəli şəkildə qazaraq sifarişçiyə təhvil vermək əzmindədir.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında